"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 950
Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
Görüşlər 30 Mart, 2023

Martın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Querios ilə görüşüb. 

 

Qonağa qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və mövcud problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri, həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində icra edilən işlər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində daimi yaşayış yerini itirərək uzun illər məcburi köçkün vəziyyətində yaşayan vətəndaşların mərhələli şəkildə qayıdışının təmin edilməsini Prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib, Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların problemlərinin həllinə daim həssaslıqla yanaşır.

 

Bildirilib ki, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində iş aparılır, irimiqyaslı layihələr həyata keçirilir. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi, doğma yurd yerlərində dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün tədbirlər görülür. Məcburi köçkünlər arasında keçirilən sorğular zamanı onların mütləq əksəriyyəti işğaldan azad olunmuş ərazilərə qayıtmaq niyyətində olduğunu bildirib.

 

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması, həmçinin Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətdən sonra da torpaqlarımızda mina terroru törətmək cəhdləri Böyük Qayıdışın daha da sürətləndirilməsini əngəlləyir. Eyni zamanda, BMT İnkişaf Proqramının ölkəmizdə minatəmizləmə potensialının gücləndirilməsinə və genişləndirilməsinə dəstək verməsindən məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatların, xüsusi ilə BMT təsisatlarının ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin həllində iştirakı da yüksək qiymətləndirilib.

 

Nuno Querios səmimi görüş üçün təşəkkür edib, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və geriyə qayıdacaq sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən layihələrdə mümkün əməkdaşlığa hazır olduqlarını bildirib. Qeyd olunub ki, hazırda BMTİP, Dövlət Komitəsi və digər qurum və təşkilatlara birgə icra edilən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində münaqişələrdən təsirlənmiş qadınların münaqişə və travmalara qarşı dayanıqlılığının artırılması məqsədi ilə Bərdə, Ağcabədi və Tərtər  rayonlarında yeni yaradılmış Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib