"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1226
Dövlət Komitəsində gənclərlə görüş keçirilib
Görüşlər 02 Fevral, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad olunmuş rayonlardan olan bir qrup gənclə görüşüb.

 

Qeyd olunub ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da təkmilləşdirilərək uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərin özünüinkişaf layihələrinin icrasına xüsusi diqqət ayırır.

 

Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər olması böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacib olduğu vurğulanıb. Gənclərimiz müxtəlif sahələrdə qazandıqları bilik və bacarıqlarını Qarabağ və Şərqi Zəngəzurun respublika iqtisadiyyatına reinteqrasiyasına yönəltməli olduğu qeyd olunub.

 

Görüş iştirakçılarından - Qətibə Xəlilova (Kəlbəcər), Asim Pirimov (Ağdam), Xəzər Bağırov ( Zəngilan), Cəmalə Məmmədova (Füzuli), Lalə Novruzova (Cəbrayıl), Yusif Cəfərbəyli (Laçın), Toğrul Babazadə və Zaur Məhərrəmzadə (Şuşa) çıxış edərək dövlətin gənclərə olan diqqət və qayğısını yüksək dəyərləndiriblər. Onların inkişafına yaradılan imkanlara görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, dayanıqlı məskunlaşdırılması  sahəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.

 

Görüşdə bu il doğma yurdlarına köçürülməsi nəzərədə tutulan Laçın rayonunun Zabux, Sus kəndi və Cəbrayıl rayonunun Şükürbəyli kəndinin gənc nümayəndələri də iştirak ediblər.

 

Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib