"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 393
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Görüşlər 30 Yanvar, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 30-da Yevlaxda vətəndaşları qəbul edib.

 

Qəbulda Yevlax şəhəri, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

 

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

19 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq ekspertlərlə görüş keçirilib
13 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
12 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalistlə görüş olub
05 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
29 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib
08 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalist və media eksperti ilə görüş keçirilib
01 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 İyul, 2023 / Görüşlər Dövlət Komitəsi AzQAC və IFRC arasında niyyət sazişi imzalanıb
25 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində İctimai Şuranın üzvləri ilə görüş keçirilib
12 İyul, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib
11 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib