"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 885
Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
Görüşlər 07 İyun, 2022

İyunun 7-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

 

Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

 

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

 

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramına uyğun olaraq, bu müsabiqənin qalibi  Xamis Seyranov da vətəndaşların qəbulunda iştirak edib. Dövlət Komitəsində “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramı ötən ilin oktyabr ayından icra edilir. Komitə sədri mentorluq etdiyi Xamis Seyranovla mütəmadi olaraq görüşür, müvafiq fəaliyyət planına uyğun olaraq, öz idarəçilik təcrübəsini onunla bölüşür, şəxsi inkişaf məsələlərinə dair məsləhətlər verir. Dövlət Komitəsində vətəndaşların növbəti qəbulunda iştirak edərək Xamis Seyranov məcburi köçkünləri maraqlandıran məsələlərlə yaxından tanış olmaq imkanı qazanıb.

15 Aprel, 2025 / Görüşlər Vətəndaşların Böyük Qayıdışa dair müraciətləri dinlənilib
08 Aprel, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
18 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
13 Mart, 2025 / Görüşlər Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
11 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
25 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
24 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib
18 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
11 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
30 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
28 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
25 Dekabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
24 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
29 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib