"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1178
Dövlət Komitəsində BMT-nin Kapitalın İnkişafı Fondunun nümayəndələri ilə görüş olub
Görüşlər 04 Mart, 2022

Martın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) ölkəmizdə səfərdə olan icraçı katibi xanım Priti Sinha və Fondun baş müşaviri Zəkəriyə Fellah ilə görüşüb.

 

Qonaqlara komitənin fəaliyyət istiqamətləri, qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas məqsəd və prinsipləri haqqında məlumat verilib.  Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir.

 

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, böyük qayıdışa, reinteqrasiya və dayanıqlı məskunlaşma prosesinə hazırlıq məsələləri, bununla əlaqədar Dövlət Komitəsində aparılan işlər barədə məlumatlandırılıblar.

 

BMT-nin üzvü olduğu 30 il ərzində Azərbaycanın bu nüfuzlu təşkilatla bütün sahələrdə, o cümlədən qaçqınlar və məcburi köçkünlərə humanitar dəstək göstərilməsi sahəsində sıx əməkdaşlıq etdiyi vurğulanıb.

 

BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti Sinha səmimi qəbula görə təşəkkürünü bildirib, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda  həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri barədə danışıb.

 

Hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib