"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1653
Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Görüşlər 15 Fevral, 2021

Fevralın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

 

Görüşdə qonağa Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində son otuz ildə Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi,  onun həlli istiqamətində görülən işlər, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə məlumat verilib.

 

Qeyd edilib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu kateqoriyadan olan insanlara qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətin əsas istiqamətlərindəndir.

 

Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü bildirib. Regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaranmasını yüksək qiymətləndirən diplomat dayanıqlı sülhün bərqərar edilməsinə, icmalararası münasibətlərin və vətəndaş institutları arasında əlaqələrin bərpasına ölkəsinin yardım göstərmək istəyini ifadə edib. O, həmçinin bildirib ki, Almaniya hökuməti məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihələrin icrasını bundan sonra da davam etdirmək niyyətindədir.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib