1960-cı il martın 21-də Azərbaycan Respublikası, Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur.
1977-ci ildə Tərtər rayonu Qazyan kənd orta məktəbini bitirmiş, həmin ildə Qarabağ rayonlararası məhsullar təchizatı bazasında fəhlə işləmişdir. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitariya texnikası fakültəsinə qəbul olmuşdur.
1983-cü ildən Oktyabr rayonu qaz istismar idarəsində usta, 1985-ci ildə həmin rayonda sahə rəisi, 1986-cı ildən Xüsusiləşdirilmiş təmir tikinti tresti 2 №li idarədə baş mühəndis, həmin ildən Azqaztəmirtikinti trestində baş texnoloq, 1987-ci ildən Azəriqaztikinti trestinin 1№-li XTTİ-nə rəis müavini, həmin ildən Nizami rayon qaz istismar idarəsində rəis, 2004-cü ildən Binəqədi rayon qaz istismar idarəsində rəis, həmin ildən Səbail rayon qaz istismar idarəsində rəis, daha sonra Gəncə rayon qaz istismar idarəsində rəis, 2006-2008-ci illərdə Sumqayıt rayon qaz istismar idarəsində rəis, 2009-cu ildən ARDNŞ Azəriqaz İstehsalat Birliyində rəis, 2010-cu ildən ARDNŞ Azəriqaz İstehsalat Birliyində direktor müavini vəzifələrində işləmişdir.
12.07.2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini, 29.08.2018-ci ildən bu günədək Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.