Fuad Hüseynov
Sədr müavini
1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.
1989-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ilin fevral ayından Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayəndəliyində əvvəlcə rəhbərin loqistika (maddi-texniki təchizat və nəqliyyat) məsələləri üzrə köməkçisi, 2000-ci ildən loqistika departamentinin rəhbəri, 2008-ci ildən isə təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.
2008-ci ildə ABŞ-ın Fritz institutunun və Böyük Britaniyanın Loqistika və Nəqliyyat İnstitutunun humanitar loqistika üzrə 2 illik ixtisas kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə“ medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 9 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.









