"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2010 - cu il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2010 - cu il  ərzində görülmüş işlər barədə

 

    M Ə L U M A T

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475   nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Əlavələr»in icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2010-cu il ərzində aşağıdakı işlər görülmüşdür.

 

2010- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilmişdir (207,1 milyon manat büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Dövlət büdcəsində xərclənməsi nəzərdə tutulmuş 207,1   milyon manat vəsaitdən 202,0 milyon manatı cari il ərzində təyinatı üzrə xərclənmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, 2010- cu il noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət (10 ədəd 5 mərtəbəli binaların, 440 şagird yerlik məktəbin, 50 yerlik uşaq bağçasının və s.) məhəllənin, 2010- cu il noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün (rayondakı fin qəsəbəsində məskunlaşmış 651 və məktəb binalarında 38 məcburi köçkün ailələri üçün) Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak və çıxış etmişdir. Hazırda məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalarda olan mənzillərə və qəsəbədəki evlərə köçürülməsi təmin edilmişdir.

 

Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir.Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş Sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar, Zarağan bələdiyyəsi tərəfindən ayrılmış və bu ərazidə tikilmiş 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli binanın məhəlləsində 1 ədəd 5 mərtəbəli 40mənzilli binanın tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin binadakı mənzillərə köçürülməsi təmin edilmişdir.

 

Biləsuvar rayonu ərazisində Jəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi başa çatdırılmışdır. Hazırda binanın otaqlarının mebel və avadanlıqlarla təchizatına başlanmışdır.

 

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) beşmərtəbəli yaşayış binalarının və 360 şagird yerlik məktəbin tikintisi başa çatmışdır. Hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Uşaq bağçasında və mühəndis kommunikasiyalarında işlər davam edir. Goranboy rayonu ərazisində inşa edilən məhəllədə əlavə binaların (musigi məktəbi, inzibatı bina)tikintisi və razılaşdırılmış baş planda düzəlişlərin edilməsi məqsədi ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanması üçün hazırlıq işləri aparılır.

 

İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır.

 

Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha)ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmış və Dövlət Ekspertiza Baş İdarəsinə sənədlərin təqdim edilməsi üçün müvafiq razılaşdırmaların alınması ilə bağlı müraciətlər edilmişdir.

 

Şəki şəhərində (423 ailə üçün 84,0 ha)ayrılmış sahəyə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlaması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin (1,2,3,4 otaqlı evlərin) layihələri və smetaları hazırlanmış, sosial və infrastruktur kommunikasiyalarının layihələri hazırlanır.

 

Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri və texniki şərtlər alınmışdır. «Azərdövləttikintilayihə» DLİ ilə hər iki obyekt üzrə müqavilələr bağlanmış və hazırda layihə-smeta sənədlərinin hazırlanması davam edir.

 

Balakən rayonu üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.

 

Ağdam rayonunun «Dördyol»adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpiç daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar)və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmışdır. Hazırda texniki şərtlər alınmış və «İnşaat Pasportu» hazırlanmışdır.

 

Beyləqan rayonu ərazisində Xocavənd rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmış və podrat təşkilatı ilə müqavilə bağlanmışdır.

 

2010-cu ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 105 milyon manat vəsait sərf edilmişdir.

 

2010-cu ildə 7047 nəfərdən ibarət 1566 məcburi köçkün ailəsi yeni tikilmiş qəsəbələrdə və hündürmərtəbəli binalarda olan mənzillərə   köçürülməklə mənzil-məişət şəraitləri yaxşılaşdırılmışdır.

 

Ümumilikdə cari ildə 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1625 nəfər daimi işlə, 4458 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə Komitəyə 770 müraciət (579 müraciət qaçqın və məcburi köçkünlərdən, 191 müraciət isə vətəndaşlardan) daxil olmuş, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 144 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmişdir.

 

Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı,Ağcabədi və Şəmkir   rayonlarında məskunlaşmış məshəti türkləri üçün tikintisi yarımçıq qalmış 54 evdə inşaat işləri başa çatdırılmışdır.

 

Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 44 obyektdə cari təmir işləri aparılmışdır.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2010-cu ildə təsdiqlənmiş 80,3 milyon manat vəsaitdən 77,1 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

 

2010–cu il ərzində «Azərenerji» ASJ tərəfindən nəzərdə tutulmuş 83730 elektrik sayğacından fərdi evlərdə 45360, kompakt məskunlaşma obyektlərində isə 23300 mənzildə sayğac quraşdırılmışdır. «Azərenerci» ASJ üzrə ümumilikdə cəmi 68660 ədəd (82%) sayğac quraşdırılmışdır. «Bakıelektrikşəbəkə» ASJ tərəfindən fərdi və kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır.

 

Respublikanın bütün ərazilərində nəzərdə tutulmuş kompakt məskunlaşma obyektlərinin elektrik təchizatının sərbəstləşdirilməsi («Bakıelektrikşəbəkə» ASJ üzrə 570, «Azərenerci» ASJ üzrə 1055) tamamilə 100% başa çatdırılmışdır. Respublikanın bütün şəhər və rayonlarında məskunlaşmış məcburi köçkün ailələri elektrik enercisi ilə fasiləsiz təchiz olunurlar və enerci təchizatında heç bir məhdudiyyətlərə yol verilmir.

 

«Azəriqaz» İB üzrə respublikanın bütün şəhər və rayonlarında (o cümlədən Bakı şəhərində) fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulmuş (kompakt- 1535, fərdi- 45659, ümumilikdə- 47194) qaz sayğaclarının quraşdırılması işi tamamilə başa çatdırılmışdır. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələri sürətlə qazlaşdırılır. Yeni binalar istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə məcburi köçkün ailələrinin təxminən yarısı (260933 nəfər) təbii qazla təchiz olunurlar.

 

Son zamanlar məcburi köçkünlər üçün tikilmiş hündürmərtəbəli binalarda olan ınənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır və məcburi köçkünlərin mənzilləri istiliklə təchiz edilir. Müxtəlif rayonlar üzrə 74 məskunlaşma obyektlərinə 35 ədəd müxtəlif markalı güc transformatoru, 25 ədəd KTP şkafı, 48 ədəd su nasosu, 2200 metr güc kabeli, 67900 metr elektrik naqili verilmişdir.

 

Dövlət büdcəsindən 2010-cu il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş 92,1 milyon manat vəsaitdən 90,9 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,5 milyon manat vəsaitdən 80 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar-fevral aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 7,1 milyon manat vəsait sərf olunmuşdur.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 3,3 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2010-cu il ərzində MKSİF tərəfindən 97 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 5,5 mln manat təşkil etmişdiro cümlədən 47,14 min (84,0%) məcburi köçkün faydalanmışdır. ) başa çatdırılmışdır. Bu mikrolayihələrdən 56,12 min nəfər əhali. Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 2383 nəfərə, o cümlədən 1906 nəfər məcburi köçkünə, ümumi məbləği 2,8 milyon manat (məcburi köçkünlərə – 2,2 milyon manat)təşkil edən mikrokreditlər verilmişdir. Bu mikrokredit proqramlarından 9,5 min nəfər əhali faydalanmışdır ki, onların 80%-i, yəni 7,6 min nəfəri məcburi köçkünlərdir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyatat keçirilmiş və davam etdirilir.2010-cu il yanvarın 19-da Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən “Euronevs” telekanalının müxbirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, bunun nəticəsində ölkədə yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemi, onların üzləşdikləri çətinliklər, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

 

2010-cu il yanvarın 20-21-də isə müxbir Füzuli, Ağdam, Beyləqan və Goranboy rayonlarının ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrlə tanış olmuş, məcburi köçkünlərlə görüşüb söhbət etmiş, həmçinin Tərtər və Ağdam rayonlarının təmas xəttindəki hərbi hissələrə baş çəkərək vaxtilə ermənilər tərəfindən işğal olunmuş, sonradan azad edilmiş Şıxarx qəsəbəsində olmuş, dağıdılmış evləri, ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb lentə almış və “Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində” adlı reportac hazırlamış və həmin reportac “Euronevs” telekanalında yayımlanmışdır.

 

Ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfr etmiş, havadan Füzuli rayonunda məcburi köçkünlər  üçün salımış Zobucuq qəsəbələrinə baxmış, Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşmüş, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxta körpü ərazisində Vağazin obasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuşdur.

 

BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, iki nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış kompleksdə olmuşdur.

 

Fransa senatının üzvü xanım Natali Quli Binəqədi rayonunun Dərnəgül qəsəbəsində İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış yeni qəsəbəyə səfər etmişdir.           

 

Almaniyanın KİV-nin təmsilçiləri iyunun 7-də Qaçqınların və Məcburi Köçkünlərin lşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüş, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olmaları üçün Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfərləri təşkil edilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2010-cu il oktyabrın 18-də Ukraynanın “1+1” telekanalının müxbirinə müsahibə vermiş və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, ölkəmizdə olan 1 milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri, son illərdə dövlət tərəfindən onların problemlərinin həlli istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir. Həmçinin müxbir oktyabrın 19-da Füzuli rayonu ərazisində yeni salınmış qəsəbələrdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaq məqsədilə həmin rayona səfər etmişdir.

 

İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri, Respublika Saglamlıq Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri 2010-cu il dekabrın 24-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

 

Komitə üzrə 24 rayon (şəhər) icra hakimiyətlərinə 772,9 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 198 ailəyə 18,8 min manat, cəmi 791,7 min manat məbləğindəhumanitar yardım verilmişdir.

 

Qurban bayramı münasibətilə 18650 ailəyə İslam İnkişaf Bankının xətti ilə 186,5 ton ət payı verilmişdir.

 

Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2010-cu ilin məhsulu üçün əkilmiş 166 hektar sahədən 168 ton taxıl məhsulu yığılmışdır. 2010-cu ilin payız səpini və 2011-ci ilin məhsulu üçün 136 ha sahədə səpin işləri aparılmışdır.Həmçinin Sənaye, AS və AFT-da 900,0 min manatlıq sənaye malı istehsal edilmişdir.

 

16941 şəxsə, o cümlədən 6 şəxsə qaçqın, 16935 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 6817 nəfər vətəndaş qəbul olunmuş,qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan daxil olmuş 35201 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 99 % icra olunub, 66 %-i müsbət həll edilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda 189 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 1 kollektiv olmuşdur.

 

Qaçqınlar və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 15 qərar vəsərəncam qəbul edilmişdir.