"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 155
Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
Görüşlər 15 March, 2023

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

 

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlərin burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və  Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.

 

Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb.

 

Tədbirdə,  həmiçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i  ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

 

Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.

 

14 March, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 March, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 February, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 February, 2023 / Görüşlər The representative of the International Organization for Migration visited the State Committee
22 February, 2023 / Görüşlər A meeting was held with the USAID representative in the State Committee
21 February, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 February, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib
14 February, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 February, 2023 / Görüşlər A meeting was held with the residents of Alkhasli village of Lachin region in the State Committee
07 February, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 February, 2023 / Görüşlər A meeting was held with the youth in the State Committee
01 February, 2023 / Görüşlər A meeting was held with the residents of Zabukh and Sus villages in the State Committee
31 January, 2023 / Görüşlər The next reception of citizens was held in the State Committee
30 January, 2023 / Görüşlər The Chairman of the State Committee received citizens in Yevlakh
27 January, 2023 / Görüşlər A meeting was held with the newly appointed ambassador of Great Britain to our country in the State Committee and
16 January, 2023 / Görüşlər The State Committee held a meeting with a research fellow of the Henry Jackson Society, professor of the National University “Kyiv-Mohyla Academy”
30 December, 2022 / Görüşlər The State Committee held a meeting with internally displaced athletes
27 December, 2022 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 December, 2022 / Görüşlər A meeting with IDP teenagers was held at the State Committee
20 December, 2022 / Görüşlər The next reception of citizens was held in the State Committee