"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
İtaliya Respublikası
Print

İtaliya Respublikası

 

İtaliyanın “ENİ” Şirkəti tərəfindən maliyyələşdirilmiş “Azərbaycanda yurdlarından didərgin düşmüş məcburi köçkünlər” layihəsi üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı, və “ENİ”-nin “ACİP Azərbaycan” otraq şirkəti ilə birgə əməkdaşlıq

 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində məcburi köçkünlər üçün yeni tipli qəsəbələrin tikilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İtaliyanın “ENİ” şirkətinin “AGİP Azərbaycan” ortaq şirkəti və BMT QAK-la 1999-cu ildə məsləhətləşmələr aparmışdır.

 

Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı onun “ENİ” şirkətində olmasının və qeyd olunan məsləhətləşmələrin nəticəsində “ENİ” şirkəti tərəfindən “Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər” layihəsini maliyyələşdirmək üçün 2.200.000 ABŞ dolları həcmində vəsait BMT QAK-a ayrılmışdır.

 

İtaliyanın “ENİ” Şirkətinin İcraçı Direktoru cənab Vittorio Minkatonun dəvəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2000-ci il aprelin 4-dən 7-dək Romada rəsmi səfərdə olmuş, vəsait ayrılmasına həsr olunmuş mərasimdə iştirak etmişdir.  

 

Qeyd etmək lazımdır ki, “ENİ” şirkəti tərəfindən verilən bu ianə BMT QAK-ın bütün dünya üzrə özəl sektordan aldığı ianələrin və eləcə də Azərbaycan Respublikasında məcburi köçkünlər üçün özəl sektor tərəfindən göstərilən yardımın ən böyüyüdür.  

 

1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, İtaliyanın “ENİ” Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı arasında üçtərəfli müqavilə imzalanmışdır. BMT QAK bu layihənin yerinə yetirilmə məsulliyyətini digər iki tərəfdaş ilə razılaşdırılmış icra planının metodları əsasında öz üzərinə götürmüşdür.

 

Bu maliyyələşdirmə nəticəsində BMT QAK Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə imkansız icmaların ən zəruri ehtiyaclarını ödəmək üçün 18 ay müddətində məcburi köçkünlər üçün Xanlar rayonunda mişar daşından 253 ev, Beyləqan rayonunda isə 124 evdən tbarət yeni yaşayış qəsəbələri tikmişdir. İcmanın gündəlik ehtiyaclarını ödəmək üçün hər qəsəbədə məktəb, xəstəxana, icma mərkəzi və sanitariya məntəqələri tikilib.

 

Qeyd olunmalıdır ki, bu layihə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının icrasına uyğun olaraq BMT QAK-ın 1995-ci ildən bəri ölkənin bir çox yerində yerinə yetirilmiş bənzər layihələrin (müxtəlif rayonlarda 2500 ev tikilib, Füzuli, Tərtər və Ağdam rayonlarında 2000 ev təmir edilib)  əsasında tərtib edilmişdir. Eyni zamanda BMT QAK-ın öz vəsaiti hesabına Norveç Qaçqınlar Şurası tərəfindən Füzuli rayonu “Harami” düzündə 145 evlik bir qəsəbə inşa olunubdur.        

 

İki qeyri-hökumət təşkilatı - ABŞ-ın “Rilif İnternəşnl” (Rİ) və “Beynəlxalq Xilasetmə Komitəsi” (BXK) BMT QAK-ın tərəf müqabili kimi seçilmişdir. “Rilif İnternəşnl” tikinti işini başa çatdırıb, BXK isə gəlir gətirmə, peşə təlimi, icma səfərbərliyi, tibbi təlim və ailə planlaması kimi layihələri əhatə edib.

 

Əlavə olaraq Laçın qış yataqları ərazisində əhalinin içməli su probleminin həlli üçün təxminən 216 000 ABŞ dolları xərclənib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dövlət Hidrogeologiya və Mineral Ehtiyatlar Komitəsi ilə birlikdə Su Təchizatı Layihəsini yerinə yetirməyə cavabdeh olmuşlar. Bu layihə çərçivəsində 13 km uzunluğunda əsas su kəməri və mövcud olan iki su quyusu təmir olunub. Buna əlavə olaraq, 5600 məcburi köçkünün faydalanması üçün 5 ədəd yeni quyu (hərəsi 300 metr dərinliyində) qazılıb. 35 obanın əhalisini içməli su ilə təmin etmək üçün ümumi uzunluğu 5 km olan su xətti təmir edilib. Bütün işlər Hidrogeologiya və Mineral Ehtiyatlar Komitəsinin keçirdiyi sorğunun nəticəsində əmələ gələn tovsiyyələr əsasında görülüb. Qeyd edilməlidir ki, İtaliyanın “AKVATER” Su və Mühəndislik Şirkətinin qazma mühəndisi bir neçə dəfə layihə yerinə gəlmişdir. Səfərin məqsədləri tenderdə iştirak etmək və “AKVATER” tərəfindən təmin edilmiş texniki spesifikasiya çərçivəsində layihənin qiymətləndirilməsi və monitorinqindən ibarət olunmuşdur.

 

İtaliyanın “AQUATER” Su və Mühəndislik Şirkətindən qazmaçı mühəndis Azərbaycana səfər edərək quyuların qazılmasında hansı şirkətin seçilməsi və əlaqədar texniki məsələlər ilə bağlı məsləhətləşmələr aparmışdır.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə İtaliya arasında keçirilən görüşlər:

 

2012-ci ilin iyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan bir qrup xarici mətbuat nümayəndələri ilə görüşmüşdür. Sonra qonaqlar Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində tikilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olubar.

 

2013-cü ilin iyunun 27-də Azərbaycanda səfərdə olan İtaliyanın “Giovani nel Mondo” gənclər təşkilatının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. İtaliyalı qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend və maketə, habelə 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritəyə baxmışlar. Sonra italiyalı gənclər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınmış məhəlləyə baş çəkmişlər. Giovani nel Mondo” gənclər təşkilatının nümayəndələri Ağdam rayonundan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq olmuş, məhəllədə tikilən 1300 şagird yerlik orta məktəb binasına baxıblar;

 

2018-ci ilin noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb. Daha sonra italiyalı diplomat Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olub, burada müvəqqəti məskunlaşmış sakinlərlə görüşüb.