"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Əlavələr
Print

"Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş işlər uğurla icra edilir.

 

Ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün 47 qəsəbə salınmışdır. Həmin qəsəbələrdə 100-dən artıq məktəb, onlarla xəstəxana, mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın və məcburi köçkün soydaşımız məskunlaşmışdır.

 

Son dörd il ərzində 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilmişdir. Proqrama əsasən qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 19 min insan cari ilin sonunadək yeni tikiləcək qəsəbələrə köçürüləcək və bununla da Azərbaycanda çadır düşərgəsi qalmayacaqdır.

 

Eyni zamanda, məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və başqa problemlərlə üzləşirlər.

 

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həll olunması məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamla nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş əlavələrin icra edilməsi ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin;

 

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2007-ci il

№ 2475

 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 31 oktyabr  tarixli 2475 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na

 

ƏLAVƏLƏR [1]

 

Sıra №-si

Tədbirin adı

Tədbirin məqsədi

İcra müddəti

İcraçılar

1. Yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsində

1.1

İstismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 ailə və ya 25550 nəfər məcburi köçkün üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və ya hündürmərtəbəli binaların tikilməsi

Ağır şəraitdə yaşayan 6227 ailə və ya 25550 nəfər məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2008—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.2

Ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış 10999 nəfərdən ibarət 2768 məcburi köçkün ailəsi üçün qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binalarının, fərdi yaşayış evlərinin tikilməsi

262 məktəb binasında müvəqqəti məskunlaşmış 2768 ailə və ya 10999 nəfər məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məktəb binalarının boşaldılması

2008—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.3

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 6060 nəfərdən ibarət 1479 məcburi köçkün ailəsi üçün Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Abşeron və Göygöl rayonlarında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması və ya hündürmərtəbəli yaşayış binalarının tikilməsi[2]

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış 1479 ailə və ya 6060 nəfər məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2008—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.4

Xocalı rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində yeni qəsəbələrin salınmasının başa çatdırılması

Xocalı rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2007—2008

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Goranboy və Xocalı rayon icra hakimiyyətləri

1.5

Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Beyləqan rayonunun ərazisində yeni qəsəbənin salınmasının başa çatdırılması

Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2007—2008

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Beyləqan və Xocavənd rayon icra hakimiyyətləri

1.6

Ağdam rayonunun «Dördyol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpicdən tikilmiş daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin ərazidə yeni yaşayış evlərinin tikilməsi

Ağdam rayonundan olan və çətin şəraitdə yaşayan 932 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2010—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Ağdam rayon icra hakimiyyəti

1.7

Respublikanın müxtəlif ərazilərində yol kənarlarında, yeraltı qazmalarda, təmir edilməsi mümkün olmayan və qəza vəziyyətində olan ictimai binalarda müvəqqəti məskunlaşmış, çətin şəraitdə yaşayan Kəlbəcər rayonundan olan 500 məcburi köçkün ailəsi üçün Göygöl rayonu ərazisində ayrılmış 40 hektar torpaq sahəsində və ona bitişik ərazidə, rayonun idarə və müəssisələri üçün inzibati binaların tikintisi də daxil olmaqla bütün sosial-texniki infrastrukturu olan yeni qəsəbənin salınması

Kəlbəcər rayonundan olan və ağır şəraitdə yaşayan 500 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması

2010—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Göygöl və Kəlbəcər rayon icra hakimiyyətləri[3]

1.8

Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 3400 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün qəsəbələrin və evlərin tikintisi məqsədi ilə torpaqayırma və layihələndirmə işlərinin həyata keçirilməsi

Laçın rayonundan olan və ağır şəraitdə yaşayan 3400 məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Ağcabədi, Beyləqan, İmişli və Laçın rayon icra hakimiyyətləri[4]

1.9

Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş Sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin köçürülməsi

Şuşa rayonundan olan və yaşayış üçün təhlükəli yerdə müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2008

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Qəbələ və Şuşa rayon icra hakimiyyətləri

1.10

Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

Zəngilan rayonundan olan və yaşayış üçün təhlükəli yerdə müvəqqəti məskunlaşmış 31 məcburi köçkün ailəsinin həyat səviyyəsinin yaxşılaşdırılması

2008

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri DövlətKomitəsi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.11

Xocavənd rayonunun Yeni Tuğ qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması

Xocavənd rayonundan olan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2010—2011

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xocavənd rayon icra hakimiyyəti

1.12

Füzuli rayonunun işğaldan azad olunmuş yaşayış məntəqələrində 1500 evin bərpası

məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2008—2010

Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Füzuli rayon icra hakimiyyəti

1.13

Ağdam rayonunda 80, Ağcabədi rayonunda 10, həmin rayondakı Taxta Körpü ərazisində 15, Şuşa rayonunun qış yataqlarında 8, Füzuli rayonunda 30, Xocavənd rayonunda 10, Bərdə rayonunda 10, İsmayıllı rayonunda 5, Goranboy rayonunda 3 subartezian quyusunun qazılması

məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması

2008—2010

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, «Azərsu» ASC, müvafiq rayon icra hakimiyyətləri

1.14

Füzuli rayonunun Qarabağ və Babı kəndlərinə içməli su xətlərinin çəkilməsi

məcburi köçkünlərin içməli su ilə təminatının yaxşılaşdırılması

2008

«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli rayon icra hakimiyyəti

1.15

Goranboy rayonunun Börü, Qaxtut və Veysli kəndlərinə içməli su xətlərinin çəkilməsi

məcburi köçkünlərin içməli su ilə təminatının yaxşılaşdırılması

2008

«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Goranboy rayon icra hakimiyyəti

1.16

Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Əzizbəyov kanalı üzərində elektrik nasos stansiyasının quraşdırılması

məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə təsərrüfat suyu ilə təminatının yaxşılaşdırılması

2008—2010

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, müvafiq rayon icra hakimiyyətləri

1.17

Biləsuvar rayonu ərazisində salınmış 6 qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin əlavə içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi

məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə içməli su ilə təminatının yaxşılaşdırılması

2008—2010

«Azərsu» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyəti

1.18

Füzuli rayonunun Horadiz qəsəbəsinə kanalizasiya xəttinin çəkilməsi

məcburi köçkünlərin kommunal şəraitinin yaxşılaşdırılması

2008—2010

«Azərsu» ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli rayon icra hakimiyyəti

1.19

Füzuli rayonunda modul tipli elektrik stansiyasının tikilməsı

məcburi köçkünlərin enerji təminatının yaxşılaşdırılması

2007—2008

«Azərenerji» ASC, Füzuli rayon icra hakimiyyəti

1.20

Füzuli rayonunda diaqnostika mərkəzinin tikilməsi

məcburi köçkünlərə səhiyyə xidmətinin yaxşılaşdırılması

2007—2008

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Füzuli rayon icra hakimiyyəti

1.21

Füzuli rayonunda XIII əsr abidəsi-Babı türbəsinin bərpası

Tarix-mədəniyyət abidələrinin qorunması

2008—2009

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Füzuli rayon icra hakimiyyəti

1.22

Ağdam rayonunun Quzanlı qəsəbəsində rayon mərkəzi xəstəxanası üçün 75 çarpayılıq, uşaq xəstəxanası üçün 50 çarpayılıq bina tikilməsi

məcburi köçkünlərə səhiyyə xidmətinin yaxşılaşdırılması

2008—2010

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ağdam rayon icra hakimiyyəti

1.23

Ağdam rayonunun Həsənxanlı, I Baharlı, I Yusifli kəndlərində hər biri 160 yerlik orta məktəb binalarının tikilməsi

məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması

2008—2010

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ağdam rayon icra hakimiyyəti

1.24

Ağdam rayonunun Hacıməmmədli və II Baharlı kənd orta məktəblərinin binasının əsaslı təmiri

məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması

2008—2010

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ağdam rayon icra hakimiyyəti

1.25

Xocavənd rayonunun «Qarasu» və «Nərgiztəpə» adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Xocavənd rayon icra hakimiyyəti

1.26

Goranboy—Yuxarı Ağcakənd avtomobil yolunun əsaslı təmiri

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətləri

1.27

Goranboy rayonunun Aşağı Ağcakənd və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Goranboy və Xocalı rayon icra hakimiyyətləri

1.28

1922-ci ilin avqust ayından fəaliyyət göstərən Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyinin qeyd olunması

məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması

2007

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Şuşa rayon icra hakimiyyəti

1.29

Qara İlyasov adına 1 saylı Qubadlı şəhər məktəbinin 125 illiyinin qeyd olunması

məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması

2007

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.30

Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illik yubileyinin qeyd olunması

məcburi köçkünlərin təhsilə olan marağının daha da artırılması

2007

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qubadlı rayon icra hakimiyyəti

1.31

Füzuli rayonunun Horadiz qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Füzuli rayon icra hakimiyyəti

1.32

Ağdam rayonunun Quzanlı qəsəbəsinə və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2008—2009

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Ağdam rayon icra hakimiyyəti[5]

1.33

«AzTV» QSC və İctimai televiziyanın televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımlanmasının həyata keçirilməsi

televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımlanmasının təmin edilməsi

2007—2008

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ağdam və Füzuli rayon icra hakimiyyətləri

1.34

Füzuli rayonunun Horadiz qəsəbəsində orta ixtisas məktəbinin təşkili

məcburi köçkünlərin təhsil almaları üçün lazımi şəraitin yaradılması

2008

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Füzuli rayon icra hakimiyyəti

1.35

Əraziləri işğal olunmuş rayonlar üzrə büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi məqsədi ilə əlavə vəsaitin ayrılması

işləyən məcburi köçkünlərin imtiyazlarının təmin edilməsi

2007

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri

1.36

Ağdam rayonunda kəndarası asfalt yolların çəkilməsi

məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması

2007—2008

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Ağdam rayon icra hakimiyyəti

1.37

Ciddi xəstəliklərə düçar olan məcburi köçkünlərin respublikadakı özəl tibb müəssisələrində və xaricdə müayinə və müalicə olunması

məcburi köçkünlərin respublikadakı özəl tibb müəssisələrində və xaricdə müayinə və müalicə olunmasının təşkili

müntəzəm

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi

2. Məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması sahəsində

2.1

İşsizliyin aradan qaldırılması və məşğulluğun təmin olunması məqsədi ilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə heyvandarlıq, taxılçılıq, toxumçuluq, tərəvəzçilik, üzümçülüyün inkişaf etdirilməsi, kiçik emal müəssisələrinin, tikiş və digər sexlərin yaradılması

məcburi köçkünlərin məşğulluğunun artırılmasına şəraitin yaradılması

2007-ci il və sonrakı illər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

2.2

Məcburi köçkün sahibkarlara, fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi

məcburi köçkünlərin məşğulluğunun artırılması

2007-ci il və sonrakı illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

2.3

Donor ölkələr, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının məcburi köçkünlər üçün iş yerlərinin, istehsal sahələrinin yaradılmasına, onların ehtiyaclarının ödənilməsi məqsədi ilə müxtəlif humanitar və inkişaf layihələrinin həyata keçirilməsinə cəlb olunması

məcburi köçkünlərin işlə təminatının, məşğulluğunun artırılması, onların arasında yoxsulluğun azaldılması, kiçik və orta sahibkarlığın inkişafı

2007-ci il və sonrakı illər

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

2.4

Füzuli rayonu ərazisində quraşdırılmış bankomatların fasiləsiz işinin təmin edilməsi və Ağcabədi rayonunun Taxta Körpü ərazisində bankomatların quraşdırılması

Füzuli rayonu üzrə 11000 ailə və Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın rayonundan olan 1000 məcburi köçkün ailəsinin yemək xərci üçün verilən və digər müavinətlərin bankomatlar vasitəsilə ödənişinin təmin edilməsi

2007

«Kapitalbank» ASC, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli və Laçın rayon icra hakimiyyətləri

2.5

Ağcabədi rayonundakı Taxta Körpü ərazisində «Kapitalbank» ASC-nin Laçın rayon filialının fəaliyyətinin bərpa olunması

Laçın rayonunun idarə və müəssisələrinin işinin və məcburi köçkünlərin bank xidmətlərindən istifadəsinin asanlaşdırılması

2007

«Kapitalbank» ASC

2.6

Biləsuvar rayonu ərazisində yeni salınan qəsəbələrdə və Ağcabədi rayonundakı Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sabit elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cəbrayıl və Laçın rayon elektrik şəbəkəsi müəssisələrinin fəaliyyətinin bərpa olunması

yeni salınan qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sabit elektrik enerjisi ilə təmin edilməsi

2007

«Azərenerji» ASC

2.7

«Böyük Qayıdış» Proqramının layihəsinin hazırlanması üçün işğal altında olan rayonların gələcək iqtisadi strukturunun müəyyənləşdirilməsi

məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmasına hazırlıq işlərinin həyata keçirilməsi

2008

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Əlavələr"in 1.1-1.3-cü, 1.6-1.11-ci bəndlərinin "İcraçılar" sütununda "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 733) ilə “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr”in 1.3-cü bəndinin “Tədbirin adı” sütununda “Abşeron və Xanlar rayonlarında” sözləri “Abşeron və Göygöl rayonlarında” sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 733) ilə “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr”in 1.7-ci bəndinin “Tədbirin adı” sütununda “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə və “İcraçılar” sütununda “Xanlar və Kəlbəcər rayon” sözləri “Göygöl və Kəlbəcər rayon” sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 may 2010-cu il tarixli 911 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 435) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr”in 1.8-ci bəndinin “İcraçılar” sütununda “Ağcabədi” sözündən sonra “, Beyləqan, İmişli” sözləri əlavə edilmişdir.

 

[5] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 noyabr  2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886) ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Əlavələr»in 1.27-ci, 1.31-ci və 1.32-ci bəndlərinin «İcraçılar» sütununda «Azəriqaz» QSC» sozləri «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilmişdir.