"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1871
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Görüşlər 06 Avqust, 2019

Avqustun 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

 

Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 30-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

 

Onlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

 

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

 

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

 

 

01 İyul, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2025 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
24 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
10 İyun, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
03 İyun, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 May, 2025 / Görüşlər İsmayıllıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
13 May, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 Aprel, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
22 Aprel, 2025 / Görüşlər Vətəndaşların qəbulu keçirilib
21 Aprel, 2025 / Görüşlər Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
15 Aprel, 2025 / Görüşlər Vətəndaşların Böyük Qayıdışa dair müraciətləri dinlənilib
08 Aprel, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
18 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
13 Mart, 2025 / Görüşlər Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
11 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib