"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1433
Mixael Möller: Azərbaycan BMT-nin ən fəal üzvlərindən biridir
Mətbuat xidmətinin məlumatı 04 Oktyabr, 2017
Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb. Əli Həsənov bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam olduğunu qeyd edərək, beynəlxalq qurumla ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd edilib ki, Azərbaycan BMT-nin Cenevrə bölməsindəki təşkilatlarla, xüsusilə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə daha sıx əlaqələrə malikdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. İyirmi beş ili əhatə edən dövr ərzində Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini qeyd edən Baş nazirin müavini ölkədə yoxsulluq səviyyəsinin ciddi şəkildə aşağı düşdüyünü, yeni iş yerlərinin açıldığını, iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün addımlar atıldığını qeyd edib. Baş nazirin müavini BMT-nin yeni baş katibi seçildikdən sonra təşkilatda islahatların və struktur dəyişikliklərinin də labüdlüyü məsələsinə toxunaraq qeyd edib ki, əsas istiqamətlərdən biri BMT-nin qəbul etdiyi sənəd və qətnamələrin həyata keçirilməsinin təmin olunmasıdır. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmamış qalır və təəssüf ki, dünya ictimaiyyəti buna dözür. Bu kimi hallarla bağlı ciddi tədbirlərin görülməməsi və beynəlxalq ictimaiyyətin seyrçi mövqedə qalması da öz növbəsində dünyanın müxtəlif regionlarında münaqişə ocaqlarının artmasına təkan verir. Əli Həsənov ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə Cenevrədə abidənin ucaldılması məsələsinə müsbət yanaşdığına görə M.Möllerə Azərbaycan Hökuməti adından təşəkkür edib. Mixael Möller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirib. BMT tərəfindən qəbul edilmiş və 17 sahəni əhatə edən “2030: Davamlı inkişaf hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlər görüldüyünü bildirən M.Möller Azərbaycan təcrübəsinin BMT çərçivəsində təşviq edilməli olduğunu vurğulayıb. O, Azərbaycanın BMT-yə hədiyyə etdiyi abidənin təkcə bölməyə deyil, bütün bəşəriyyətə edilmiş hədiyyə olduğunu qeyd edib. Görüşdə BMT-nin Cenevrə bölməsinin kitabxanasında Azərbaycan Demokratik Respublikasına aid sənədlərin rəqəmsal surətinin yerləşdiyi disk Azərbaycan tərəfinə təqdim olunub.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb