"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1236
Azərbaycanlı deputat AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ sədrinə məcburi köçkünlərlə bağlı sual ünvanlamışdır.
Mətbuat xidmətinin məlumatı 27 Yanvar, 2010
     Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumun Nazirlər Komitəsi sədrinin hesabatı dinlənilmişdir.      İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin rəhbəri, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Mişelin Kalmi-Rey başçılıq etdiyi qurumun sessiyalararası fəaliyyəti barədə məlumat vermiş və ənənəvi olaraq deputatların yazılı və şifahi suallarını cavablandırmışdır.      Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli sədrə belə bir sualla müraciət etmişdir: “Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilmişdir. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından didərgin düşmüş 700 mindən artıq məcburi köçkün seçki hüququndan məhrum olduqları üçün onlar bu prosesdə iştirak edə bilməmişdir. Bununla bağlı Avropa Şurası yenədəmi fəaliyyəti hələlik lazımi səmərə verməyən ATƏT-in Minsk qrupuna istinad edəcəkdir? Məgər azərbaycanlı qaçqınların probleminin həlli istiqamətində Avropa Şurası qəbul etdiyi öz qətnamələrinin yerinə yetirilməsinə cəsarət nümayiş etdirə bilməzmi?”      Xanım Mişelin Kalmi-Rey sualın cavabında bildirmişdir ki, azərbaycanlı qaçqınların öz doğma yerlərinə qayıtması üçün Minsk qrupu fəaliyyət göstərir. Məsələnin həlli yolunda müəyyən problemlər mövcuddur. Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində başqa bir format yaratmaq niyyətində deyildir. Avropa Şurası Minsk qrupunun işinə yalnız dəstək verə bilər. Qurum münaqişənin həlli üçün öz təsir mexanizmindən istifadə etməklə müəyyən iş apamağa çalışır.      Bununla belə, Nazirlər Komitəsi konkret olaraq hansı işlərin görüləcəyi üzərindən sükutla keçmişdir.      Bununla da sessiyanın ilk iş günü başa çatmışdır.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb