"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1018
Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 20 Noyabr, 2012
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistsnın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verən Gəray Fərhadov onu da diqqətə çatdırmışdır ki, torpaqlarımız işğaldan azad edilənədək bu təbəqədən olan soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Belə ki, müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə onlar üçün yeni qəsəbələr salındığını və hündürmərtəbəli yaşayış binaları komplekslərinin istifadəyə verildiyini, bu işlərin indi də uğurla davam etdirildiyini vurğulayan Gəray Fərhadov onu da bildirmişdir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi qaçqın və məcburi köçkünlərin problemləri daim proritet məsələ olaraq gündəmdə saxlanılır. Lakin onlar dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunsalar da əsas arzuları, əsas problemləri doğma torpaqlarına qayıtmaqdan ibarətdir. Görüşdə belə bir əminlik ifadə olunmuşdur ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olacaq və qaçqın-köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Sonra qonaq Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində bu soydaşlarımızın mərhələli şəkildə problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb