"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 127
Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Görüşlər 18 May, 2023

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət göstərən səfirlikləri təmsil edən xarici diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

 

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb. Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.

 

Bildirilib ki, hazırda dövlətin qarşısında məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə dayanır. Bu da, 2020-ci ildə baş vermiş Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra mümkün olub. Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. İşğal dövründə Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalaması məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir. Beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.

 

Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsinin dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb. Soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Yaşayış yerləri bərpa olunan zaman “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Artıq 420 məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, növbəti aylarda da məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi davam edəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonağı maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

23 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
16 May, 2023 / Görüşlər Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
16 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2023 / Görüşlər Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
12 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb
08 May, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq və yerli professorlarla görüş keçirilib
25 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
04 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
30 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
29 Mart, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib