"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 161
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Görüşlər 16 May, 2023

Mayın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli optometrist və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin məruz qaldığı məhrumiyyətlər və üzləşdikləri problemlər barədə ətraflı məlumat verib. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həlli Prezident İlham Əliyev tərəfindən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.

 

Otuz ilə yaxın işğal altında saxlanılan ərazilərin minalanmasının və Ermənistanın mina xəritələrini verməməsinin ora qayıdacaq əhalinin təhlükəsizliyini təhdid altına atdığı və Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq təşkilatların da dəstəyi ilə tədbirlər görülür. Bununla yanaşı, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, köçürüləcək əhalinin səhiyyə, təhsil kimi sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi üçün zəruri olan infrastruktur obyektləri inşa edilir. Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində doğma yurdlarına köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyəti yoxlanılır.

 

Diqqətə çatdırılıb ki, artıq 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. Yaxın zamanda Laçın şəhərinə ilkin mərhələdə 318, Laçın rayonunun Zabux və Sus kəndlərinə 296 ailənin, ilin sonunadək Şuşa şəhərinə isə 450 ailənin köçürüləcəyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə köçürülməsinin təmin edilməsi dövlət üçün prioritet məsələdir.

 

Dövlət Komitəsinin sədri “Fuji Optical”ın 16 ildir həyata keçirilən missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və buna görə Akio Kanaiyə təşəkkür edib, beynəlxalq təşkilatlar tərəfindən keçirilən layihələrin soydaşlarımıza mənəvi dəstək verdiyini deyib.

 

Akio Kanai səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, bu il 9-13 mayda Füzuli rayonunda və 15 mayda isə Bakı şəhərində təqribən 2500 məcburi köçkün, qaçqın, sığınacaq axtaran və digər həssas qruplardan olan şəxsin göz müayinəsi keçirilib. Həmçinin mina partlayışı nəticəsində gözlərinə ziyan dəymiş müharibə iştirakçıları da müayinə edilib, ödənişsiz eynəklə təmin olunub.

 

Görüşdə iştirak edən, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi 30 il ərzində ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin qurulduğunu deyib. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinin sürətlənəcəyinə ümidvar olduğunu vurğulayaraq, Yaponiyanın bu prosesə texniki və maddi dəstək göstərəcəyini, “Fuji Optical”ın fəaliyyətini gələcəkdə də davam etdirəcəyini qeyd edib.

 

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

23 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 May, 2023 / Görüşlər Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
17 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
16 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2023 / Görüşlər Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
12 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb
08 May, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq və yerli professorlarla görüş keçirilib
25 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
04 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
30 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
29 Mart, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib