"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 150
Dövlət Komitəsində beynəlxalq və yerli professorlarla görüş keçirilib
Görüşlər 08 May, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə “dəyirmi masa” təşkil edilib.

 

İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya, məcburi köçkünlük və qaçqınlıq problemlərinin həllində beynəlxalq təcrübə məsələlərinə həsr olunmuş tədbir Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun moderatorluğu ilə keçirilib. Mövzu ilə bağlı müzakirədə Bohum Universitetinin (Almaniya) Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze, Şimali Karolina Universitetinin (ABŞ) professoru Əli Əsgərov, Bakı Dövlət Universitetinin professoru Əlimusa İbrahimov, BMT-nin Qaqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Aydan Seyidova, İlkin Abdıyev, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Anar İskəndərov iştirak ediblər.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda qaçqınlıq və məcburi köçkünlüyün tarixi kökləri, ötən əsrin sonlarında Ermənistanın apardığı deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətindəki uzunmüddətli diplomatik və hərbi-siyasi fəaliyyətin yekunları, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış vəziyyət, qaçqınların və məcburi köçkünlərin geri dönüşü üçün görülən tədbirlər barədə ətraflı danışıb.

 

Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə prioritetlik verildiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

 

Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin doğma yurda könüllü, təhlükəsiz və ləyaqətlə qaytarılması, reinteqrasiya proseslərinin səmərəli aparılması, qaçqınların hüquqlarının müdafiəsi və geri dönüşünün beynəlxalq prinsiplər çərçivəsində təmin olunması mühüm vəzifə kimi qarşıya qoylub. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, bu yerlərin ən abad və gözəl yerlərə çevrilməsi üçün bütün zəruri tədbirlər görülür.

 

İşğal dövründə və sonradan Azərbaycan ərazilərinin ermənilər tərəfindən minalanmasının qayıdış prosesini ləngitdiyi qeyd olunub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan indiyə qədər ümumilikdə 298 nəfər mina terrorunun qurbanı olub, onlardan 54 nəfər həyatını itirib. Ərazilərin minalardan təmizlənməsinə BMT İnkişaf Proqranının, Böyük Britaniyanın töhfə verdiyi diqqətə çatdırılıb.

 

Professor Hans Yoahim Hainze ölkəmizə səfərinin məqsədi haqqında məlumat verdikdən sonra işğaldan azad edilmiş Şuşa şəhərində olduğunu, burada işğalın nəticələrini, həmçinin Azərbaycan dövlətinin  apardığı bərpa və yenidənqurma işlərini gördüyünü, insanların geri qayıdışı üçün imkan yarandığını və dövlətin çox böyük vəsaiti hesabına orada irimiqyaslı işlər görüldüyünü bildirib.  Alman alim  ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələri barədə fikirlərini bölüşüb, bu sahədə  apardığı tədqiqatların beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət etdiyini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqət çəkən alim bildirib ki, bir çox humanitar təşkilatların iştirakı ilə işçi görüş keçirilməli, geri qayıtmağa hazırlaşan iki nəslin – yaşlıların və gənclərin köçməyə can atdığı, amma mina təhlükəsinə görə gedə bilmədiyi diqqətə çatdırılmalıdır.

 

Xatırladaq ki, professor H.Y.Hainzenin  Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr olunub.

 

“Dəyirmi masa”nın iştirakçısı, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərov soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyasının bir neçə mərhələdə aparıldığını qeyd edərək, öz ailə üzvlərinin də bu soyqırımı siyasətindən əziyyət çəkdiyini bildirib, qaçqınlıq probleminin həllinin beynəlxalq və nəzəri aspektləri barədə fikirlərini bölüşüb.

 

Tədbir iştirakçıları qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların repatriasiyası və reinteqrasiyası ilə bağlı dünyada mövcud olan təcrübə və beynəlxalq hüququn prinsiplərinə əsasən geri qayıdışının təmin edilməsi ətrafında fikirlərini bildiriblər. F.Hüseynov “dəyirmi masa”da səsələndirilən rəy və mülahizələrin əhəmiyyətini qeyd edib, Böyük Qayıdışın və reinteqrasiyanın səmərəli təşkilində beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin əhəmiyyətli olduğunu bildirib.

23 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 May, 2023 / Görüşlər Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
17 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
16 May, 2023 / Görüşlər Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
16 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2023 / Görüşlər Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
12 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb
25 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
04 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
30 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
29 Mart, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib