"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 293
Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
Mətbuat xidmətinin məlumatı 26 Yanvar, 2023

Yanvarın 26-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqyev ilə görüşüb.

 

Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Qonağa işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq Dövlət Komitəsinin qarşısında duran vəzifələrin icrası məsələləri haqqında ətraflı söhbət aparılıb. Komitənin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər gördüyü, əhali arasında məlumatlandırma, təbliğat işləri apardığı, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olduğu diqqətə çatdırılıb. Həmçinin, BMqT-nin ilə qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və məcburi köçkünlərə dəstək layihələrinin icra edilməsinin mənəvi borc məsələsi olduğunu qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
21 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
12 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür
22 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün şagirdlərə məktəbli geyimləri verilib
13 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Akio Kanainin Tərtər rayonunda səfərdə olub
05 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zabux kəndinin sakini doğma yurda qayıtmağa hazırlaşır
02 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib
25 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Həsrətində olduğumuz Laçında əbədi yaşamaq borcumuzdur
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub