"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 715
Dövlət Komitəsində “Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib
Görüşlər 18 İyun, 2022

İyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderlandın “Mine Mark” fondunun nümayəndələri ilə görüşüb. Görüşdə Fondun həmtəsisçiləri Nils Hegel  və Lalə Mustafazadə-Van der Kolk, maliyyə və strategiya meneceri Aleksandr Zdravkovski, layihə icraçısı İlaria Vallini iştirak ediblər.

 

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, zəruri mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası barədə qonaqlara ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Uzun illərdir məcburi köçkün vəziyyətində yaşayan həmvətənlərimizin doğma yurda könüllü və təhlükəsiz qayıdışının, onlar üçün layiqli həyat şəraitinin təmin edilməsinin hazırda dövlət siyasətinin mühüm prioriteti olduğu diqqətə çatdırılıb. Bu baxımdan “Mine Mark” fondu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığı, məktəblilərin təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirilməsinə innovativ yanaşmanın xüsusilə səmərəli olduğu qeyd edilib. 

 

Fondun həmtəsisçisi Lalə Mustafazadə-Van der Kolk səmimi qəbula görə təşəkkür edib, ölkəmizə indiki səfərin məqsədləri barədə məlumat verib, həyata keçirilən layihəyə göstərilən dəstəyə görə Dövlət Komitəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq bildirib.

 

Görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.

 

Xatırladaq ki, “Mine Mark” fondunun nümayəndələri Bakıda və Ağdam rayonunda məcburi köçkün şagirdlərin təhsil aldıqları məktəblərdə olublar. Şagirdlər üçün mina təhlükəsi və partlayıcı sursatlardan qorunma ilə bağlı interaktiv oyunlar keçirilib, şagirdlərə boyama kitabları, oyun kartları və kitabçalar paylanıb, elektron tətbiqlər vasitəsi  ilə minalardan qorunma yolları izah edilib.

 

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib