"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 509
Fuad Hüseynov: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel mükafatı alması mənim üçün çox qürurvericidir”
Mətbuat xidmətinin məlumatı 15 Oktyabr, 2021

Aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında sülh şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələrə görə 2020-ci ildə Nobel Sülh mükafatına layiq görülmüş BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri, BMT Baş katibinin müavini rütbəsində olan Devid Bisli bu münasibətlə əvvəllər uzun müddət qurumun müxtəlif strukturlarında çalışmış Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynova təşəkkürnamə ünvanlayıb. 16 Oktyabr – Dünya Ərzaq Günü ərəfəsində sahibinə çatdırılan mötəbər sənəd onun və iş yoldaşlarının sevincinə səbəb olub.

 

Devid Bisli rəhbərlik etdiyi təşkilatın mötəbər və nüfuzlu mükafata layiq görülməsinə Fuad Hüseynovun da öz fədakar xidməti ilə töhfə verdiyini vurğulayıb və buna görə təşəkkürünü bildirib.

 

Dünya Ərzaq Proqramı ölkəmizdə fəaliyyətə 1994-cü ildə, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşdüyü, humanitar fəlakət təhlükəsi ilə üzləşdiyi bir vaxtda başlayıb. Respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin yaranmış vəziyyətlə əlaqədar dünya birliyinə və beynəlxalq təşkilatlara müraciəti nəticəsində digər BMT qurumları ilə yanaşı Dünya Ərzaq Proqramı da Bakıda öz nümayəndəliyini açmağı qərara almışdır. 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşana biləcək humanitar fəlakətin qarşısının alınması Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindəndir. Məhz Ulu öndərin siyasi  nüfuzu müdrik və uzaqgörən siyasəti nəticəsində donor təşkilatlar Azərbaycana dəvət edildi, onların fəaliyyəti üçün münbit şərait yaradıldı.

 

Həmin vaxt Bakı Dövlət Universitetinin biologiya fakültəsindən məzun olmağa hazırlaşan və təhsilini xaricdə davam etdirmək istəyi ilə ingilis dilini öyrənən Fuad Hüseynov nümayəndəliyin elan etdiyi vakansiyaya iddiaçı olub və müsahibədən uğurla keçərək ofis rəhbərinin loqistika məsələləri üzrə köməkçisi təyin edilib. “Bir aylıq sınaq müddətinə işə götürüldüm, amma iyirmi ilə yaxın müddətdə Bakı ofisində, həmçinin təşkilatın Romadakı baş qərargahında müxtəlif vəzifələrdə çalışmalı oldum,” – deyə Fuad müəllim Dünya Ərzaq Proqramındakı fəaliyyətini xoş duyğularla xatırlayır. Bu nüfuzlu təşkilat Azərbaycanda 2013-cü ilə qədər fəaliyyət göstərib. Son beş ildə nümayəndəliyə Fuad Hüseynov rəhbərlik edib. Onu da vurğulayaq ki, həmin vaxt Azərbaycan dünyada DƏP nümayəndəliyinə yerli vətəndaşın  rəhbərlik etdiyi ikinci ölkə olub. Bu, Fuad müəllimin şəxsi və işgüzar keyfiyyətlərinə verilən dəyərin, azərbaycanlı mütəxəssisə göstərilən etimadın təzahürüdür.

 

DƏP iyirmi ilə yaxın fəaliyyəti dövründə Azərbaycana 165 min ton müxtəlif çeşidli ərzaq məhsulları gətirilməsini və maddi ehtiyacı olanlara, ilk növbədə, qaçqınlara və məcburi köçkünlərə çatdırılmasını təmin edib. Fuad müəllim deyir: “Dünya Ərzaq Proqramı ilə ölkəmiz arasında münasibətlər ən yüksək səviyyədə olub. Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə nümayəndəliyin rəhbəri olan misirli Şərif Əmin Zahiri ölkəmizdəki səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif etmişdi. Medal sahibinə 2004-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən şəxsən təqdim olundu”.

 

Ölkə başçısı İlham Əliyevin apardığı düşünülmüş və uğurlu siyasəti nəticəsində Azərbaycanın vüsətli sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəlişi, o cümlədən qaçqın və məcburi köçkünlərin dövlət qayğısı ilə tam əhatə olunması DƏP-in ölkəmizdə fəaliyyətini dayandırmasına əsas vermişdir. Fuad müəllim bunu şərh edərkən vurğuladı ki, həmin vaxtdan Azərbaycanla bu mötəbər qurum arasında münasibətlər yeni bir mərhələyə keçib: ölkəmiz elə həmin vaxtdan  DƏP-in donorları arasında yer alır və dünyanın müxtəlif yerlərində ərzaq çatışmazlığı ilə üzləşən insanlara humanitar yardımların göstərilməsinə öz töhfələrini verir.

 

Fuad  Hüseynov deyir: “20 ilə yaxın əməkdaşı olduğum təşkilatın Nobel sülh mükafatı alması mənim üçün də çox qürurvericidir. Üstəlik, bu mükafatın maliyyə mənbəyinin hissəsini məşhur Nobel qardaşlarının vaxtilə Bakının neft mədənlərində qazanması da bizi qürurlandıran daha bir faktdır”.

 

Komitə sədrinin müavini onu da qeyd etdi ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi və diplomatik qüdrəti, şanlı ordumuzun rəşadəti sayəsində, şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına doğma Qarabağın işğaldan azad edilməsi nəticəsində ölkəmizdə məcburi köçkünlük dövrü də başa çatmaqdadır. Tezliklə bərpa edilib cənnətə dönəcək doğma Qarabağımızın zəngin potensialı nəinki xalqımızın rifahı naminə istifadə ediləcək, həm də Dünya Ərzaq Proqramı da daxil olmaqla beynəlxalq təşkilatlara və ölkələrə də fayda verəcəkdir.  Böyük Qayıdış və işğaldan azad olunmuş ərazilərimizin çiçəklənməsi və inkişafı köçkünlük dövrünün məntiqli sonu olacaq və dünyaya yeni nümunə modeli təqdim edəcək.

10 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin ad günü ilə bağlı videoreportaj hazırlayıb
04 May, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
27 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Dünya bankı ilə əməkdaşlığı davam etdirir
25 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Doğma yurda səfərlər şəhid ailələri üçün böyük təskinlikdir
22 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Müəllimlər üçün mina təhlükəsinə dair təlim keçiriləcək
21 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
19 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
18 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Başlıbel qətliam ilə əlaqədar videomaterial və infoqrafika hazırlayıb
15 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçiriləcək
13 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
11 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək
08 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qətliamdan 30 il ötür
07 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək
04 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
30 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
29 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı İş yoldaşımızın xatirəsi
03 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Baş nazir və Əlaqələndirmə Qərargahının üzvləri azad edilmiş ərazilərdə səfərdə olub
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsindən 30 il ötür
02 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə təbriki