"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 910
Məcburi köçkünlərlə bağlı keçirilən layihənin nəticələri ilə tanışlıq olub
Mətbuat xidmətinin məlumatı 01 Oktyabr, 2021

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamran Ağamaliyev, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru Karin Hörhan, “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri Yörq Le Blank adıçəkilən layihənin əldə edilmiş nəticələri ilə bağlı Bərdə və Ağdam rayonlarına səfər edib.

 

Səfərdə Mingəçevir Peşə Məktəbinin və Bərdə Peşə Liseyinin direktoru İlham İlyasov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bərdə Rayon İcra Hakimiyyətinin müavini Fəqət Şadlinskaya və Ağdam rayon İcra Hakimiyyətnin müavini Orxan Ələskərli iştirak edib. Səfər çərçivəsində qonaqlar Bərdə İcma Mərkəzinə baş çəkib, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 866 saylı qəsəbənin sakinlərinin həyata keçirdikləri mikro-layihələrə baş çəkiblər. Daha sonra Ağdama səfəri davam etdirən qonaqlar orada layihə çərçivəsində yaradılmış istixanalara, quşçuluq, arıçılıq və çörəkbişirmə sexlərinə baş çəkib. 

 

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi 2017-ci ildən fəaliyyətə başlayıb.  Layihə çərçivəsində Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafı məqsədilə tədbirlər həyata keçirilib.

26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb