"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1470
Dövlət Komitəsi Qubadlı rayonunun işğalı ilə bağlı videoçarx hazırlayıb
Mətbuat xidmətinin məlumatı 31 Avqust, 2020

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.

 

Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara qarşı mübarizəsi və  işğala şərait yaradan amillər barədə fikirlərini bildirir, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini ifadə edirlər.

 

Xatırladaq ki, Dövlət Komitəsi “Öncə Vətən!” sosial layihəsinə avqustun 10-da start verib. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər və gənclərin iştirakı ilə keçirilən görüşlər əsasında 100-dən çox video-çarx hazırlanıb. Məcburi köçkünlər ölkədəki ictimai-siyasi vəziyyətə, dövlətimizin başçısının daxili və xarici siyasətinə dair fikirlərini bölüşüb, Ali Baş Komandana və rəşadətli ordumuza dəstək, şəhid olan hərbçilərimizə rəğbət və ehtiram ifadə ediblər.  Onlar Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücünün və nüfuzunun daha da möhkəmlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşdiklərini bildiriblər.

 

26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb