"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2009 - cu il ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2009 - cu il ərzində görülmüş işlər barədə

 

M Ə L U M A T

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət  Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475   nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan nörmativ-hüquqi sənədlərin  yerinə yetirilməsi ilə əlaqədar  2009-cu il ərzində aşağıdakı işlər görülmüşdür: 

 

2009- cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat vəsait sərf edilmişdir. (192,9 milyon manat büdcə, 90 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Büdcədə nəzərdə tutulmuş 192,9  milyon manat vəsait il ərzində təyinatı üzrə xərclənmişdir.

 

Azərbaycan Respublikasının  Prezidenti cənab İ.Əliyev 2009-cu il 17 noyabr tarixdə Bakı şəhəri, Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün 5 ədəd hər biri 63 mənzildən və 1 ədəd  54 mənzildən ibarət doqquzmərtəbəli yaşayış binalarının və 260 şagirdyerlik orta məktəb binasının, həmçinin  2009-cu il 20 noyabr tarixdə Goranboy rayonundakı fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün həmin rayonun inzibati ərazisində salınmış  qəsəbənin açılış mərasimlərində iştirak və çıxış etmişdir. 

 

Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən qalan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir. 

 

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunun Fatmayi qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatmış və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülmüşdür.

 

Füzuli rayonunun Horadiz şəhərində İdman Kompleksinin tikintisinə başlanılmış, işğaldan azad olunmuş yaşayış məntəqələrində isə 1500 evin bərpası işləri həyata keçirilir.

 

Biləsuvar rayonu ərazisində Jəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi  başa çatmaq üzrədir.

 

Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanmış və 2010-cu ilin fevral ayında başa çatdırılaraq məcburi köçkünlərin həmin binaya köçürülməsi təmin ediləcəkdir.

 

Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriya və sağlamlıq düşərgələrindən təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-də təmir işləri başa çatdırılmış, qalan 80 obyektdə isə təmir işlərinin sifarişçi təşkilat olan Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dunya Bankının kredit vəsaiti hesabına icma mikrolayihələri çərçivəsində həyata keçirilməsinə razılıq əldə edilmişdir.

 

İmişli rayonunun inzibati ərazisində 983 məcburi köçkün ailəsi(birinci mərhələdə 550 ev) üçün 197 hektar torpaq sahəsi ayrılmışdır.Layihə-smeta sənədlərinin tərtibatı başa çatmış və sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. Lakin məcburi köçkünlərin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında müvəqqəti məskunlaşdıqlarını və onların müraciətlərini nəzərə alaraq - torpaqayırma, texniki şərtlərin alınması və layihənin tərtibatının yenidən aparılmasının zəruriyyəti yaranmışdır. Bununla əlaqədar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və hazırda qəsəbənin baş planının tərtibatı davam edir.

 

Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün 10 ha torpaq sahəsi ayrılmış və texniki şərtlər alınmışdır. Layihə sənədlərinin hazırlanması üçün müqavilə bağlanmış, sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir.

 

Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması davam edir.

 

Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər müvafiq təşkilatlardan alınmışdır. 

 

Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında 114 məcburi köçkün ailələri üçün (cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatına başlanmışdır. 

 

Ağdam (651 ailə üçün yeni qəsəbənin salınması) və Balakən rayonları üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evlərin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.

 

Qəbələ rayonu ərazisində  152 məcburi köçkün ailəsi üçün iki beş mərtəbəli binanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam edir.

 

Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) 5 mərtəbəli binaların layihələndirilməsinə və eyni zamanda tikntisinə başlanmışdır. 

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildə dövlət Neft Fondundan 90 mln.manat vəsait ayrılmışdır. 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülmüşdür.

 

1747 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşlar. Bundan əlavə 563 nəfərə işsiz statusu verilmiş,  680 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 467 nəfər qacqın və məcburi köckün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş  əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 74%-dən 25%-ə enmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndi üzrə il ərzində Komitəyə 776 müraciət daxil olmuş, onlardan 568 müraciət qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən köçürülməsi, 208 müraciət isə vətəndaşlar tərəfindən evlərinin və ya mənzillərinin  məcburi köçkünlər tərəfindən zəbt olunması ilə əlaqədar olmuşdur. Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmalarına dair 88 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmiş, daxil olan müraciətlərə Sərəncamın  2-ci bəndinə uyğun olaraq baxılaraq köçürülmələrin qarşısı alınmış,   vətəndaşlara  müvafiq cavablar verilmişdir.

 

Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 16 obyektdə 450 min manat vəsait həcmində cari, 500  min manat vəsait həcmində isə 18 məskunlaşma obyektində  əsaslı təmir  işləri aparılmışdır. Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı, Şəmkir, Ağcabədi və Xaçmaz  rayonlarında məskunlaşmış məshəti türkləri üçün 49 tikintisi yarımçıq qalmış ev tikilmişdir.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2009-cu  ildə təsdiqlənmiş 81,1 milyon manat vəsaitdən  74,6 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

 

2009-cu il üzrə “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən fərdi evlərdə və 570   kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam başa çatdırılmışdır. Azərenerji ASC-nin “Regional Enerji Təchizat ” MMC-ləri tərəfindən isə nəzərdə tutulan ümumi 83730 sayğacdan fərdi evlərdə 36193, 1180 kompakt məskunlaşma obyektlərində olan 32182 mənzildən isə 23914 mənzildə  sayğac quraşdırılmışdır.  Azərenerji ASC üzrə ümumilikdə cəmi  60107 ədəd (71,8%) sayğac quraşdırılmışdır. 

 

Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində-“Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” ASC üzrə nəzərdə tutulan 570 obyektdən indiyədək 566, “Regional Enerji Təchizat” MMC-ləri üzrə isə nəzərdə tutulan 1055-dən 950 (90%) məskunlaşma obyektləri sərbəstləşdirilmişdir.

 

“Azəriqaz” Səhmdar Cəmiyyəti tərfəindən Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində  nəzərdə tutulan 47194 sayğacın quraşdırılması tam başa çatmışdır(100%).

 

müxtəlif rayonlar üzrə 90 məskunlaşma obyektlərinə 39 ədəd müxtəlif markalı güc transformatorları, 26 ədəd şkaf KTP, 66 ədəd  su nasosları, 2925 metr  kabel, 67000  metr elektrik naqili  verilmişdir.

 

Dövlət büdcəsindən 2009-cu il üçün yemək xərci müavinətinin ödənilməsi  məqsədilə təsdiqlənmiş 87,1 milyon manat vəsaitdən 86,8 milyon manatı    məcburi köçkünlərə bankomatlar vasitəsi ilə verilmişdir.

 

Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,9 milyon manat vəsaitdən 80 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə (yanvar-fevral, oktyabr-dekabr aylarında) hər ailəyə 40 litr ağ neft paylanılmış və 7,2 milyon manat vəsait sərf olunmuşdur. 

 

BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq  yardımı  üzrə proqramı  2008-ci ilin sonunda  başa çatmışdır. Artıq məcburi köçkünlərə münasibətdə humanitar yardımdan sosial inkişaf layihələrinə keçid başlanmışdır.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 3 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir. 

 

Ölkəmizdəki 72 beynəlxalq humanitar və bu sahədəki  inkişaf təşkilatları tərəfindən 30 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit  Sazişi  üzrə 2009 cu  ildə  MKSİF  tərəfindən  107  icma  mikro - layihəsi qeydiyyata  alınmışdır. Bundan 2009-cu il ərzində dəyəri-1 208,23 min  AZN (1 515,10 min  ABŞ  dolları)  olan  30  mikrolayihənin  icrası  artıq  başa  çatmışdır  ki, bundan  da  faydalanan  əhalinin  sayı 17507  nəfər  təşkil  edir. Eyni zamanda, dəyəri - 791,46min  AZN  (992,73min  ABŞ  dolları)  olan  11  mikrolayihənin  icrasına  başlanmış və faydalanan  əhalinin  sayı 7469 nəfər  olacaqdır.

 

Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində məcburi köçkünlər üçün ümumi məbləği 2,1 milyon ABŞ dolları təşkil edən mikrokredit proqramları həyata keçirilir. 2009-cu il ərzində mikrokredit proqramları çərçivəsində 2200 nəfərə ümumi həcmi 1,5 milyon ABŞ dolları məbləğində mikrokreditlər verilmişdir. Ümumiyyətlə, MKSİF-in mikrokredit proqramlarından 15 mindən artıq adam faydalanmışdır.Faydalanan əhalinin 60%-i, yəni 9000 nəfəri məcburi köçkünlərdir.  

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 185-dən çox görüş keçirilmişdir.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya içtimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyatat keçirilmiş və davam etdirilir.  Məcburi köçkünlər haqqında iki dildə «Ümid və İnam» adlı film hazırlanmış, filmlə bağlı müvafiq bukletlər və  «Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı» adlı kitab nəşr edilmişdir.

 

Komitə üzrə 18 rayon (şəhər) icra hakimiyətlərinə 606,4 min manat məbləğində, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 314 ailəyə 23,3 min manat, cəmi 629,7 min manat məbləğində  humanitar yardım verilmişdir.

 

Qurban bayramı münasibətilə 10289 ailəyə İslam İnkişaf Bankının xətti ilə 36,9 ton  ət payı verilmişdir. 

 

Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2009-cu ilin məhsulu üçün 188 hektar sahədə taxıl əkilmiş və 207 ton taxıl biçilmişdir.  Sənaye, AS və AFT-da 810 min manatlıq sənaye  malı istehsal edilmişdir.

 

18230 şəxsə, o cümlədən 54 şəxsə qaçqın, 18176 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatında 8699 nəfər vətəndaş qəbul olunmuş,  qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan  daxil olmuş 35218 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 98,4 % icra olunub, 74,7 %-i müsbət həll edilmişdir. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda  150 nəfər qaçqın və məcburi köçkün, o cümlədən 5 kollektiv olmuşdur.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fərman, 2 sərəncam Nazirlər Kabineti tərəfindən 14 qərar və  sərəncam qəbul edilmişdir.