"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
İMTİYAZLAR
Çap et

Məcburi köçkünlər

 

Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər  məcburi köçkün hesab olunurlar.

 

Məcburi köçkünlərin imtiyazları

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçrülənədək dayandırılır;

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər;

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir:

 

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə ayda 33 manat, digər yaşayış yerlərində yaşayan məcburi köçkünlərə isə ayda 60 manat olmaqla vahid aylıq müavinət ödənilir.

 

Eyni zamanda sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir.

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar;

 

idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı işdə saxlanılmaq üçünüstünlük hüququna malikdirlər;

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə  dövlət büdcəsi  vəsaiti hesabına  təmin edilirlər;

 

pulsuz tibbi müayinə və müalicə ilə təmin olunurlar;

 

şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan azaddırlar;

 

məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan azaddırlar;

 

şərti maliyyə vahidinin 55 misli miqdarınadək olan məbləğin gəlir vergisindən azaddırlar;

 

mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar.