"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2111
Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
Görüşlər 17 Dekabr, 2019

Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb.

 

Qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsindən öz doğma yurdundan didərgin düşmüş  1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir işğal altında saxladığı, həmin ərazilərdə xalqımıza məxsus maddi-mənəvi irsi talan etdiyi bildirilib.

 

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 26-27 il bundan əvvəl  işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Azərbaycanın ədalətli mövqeyi bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənsə də, təəssüf ki, ümumilikdə dünya birliyi işğalçı dövlətə qarşı indiyədək heç bir təsirli tədbir görməyib. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun təklif və təşəbbüsləri isə Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi nəticəsində  səmərəsiz qalmaqdadır.    

 

Dövlət Komitəsinin sədri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və münaqişənin səbəbləri barədə obyektiv beynəlxalq ictimai rəyin formalaşmasında nüfuzlu jurnalistlərin və kütləvi informasiya vasitələrinin vacib rol oynadığını diqqətə çatdırıb.

 

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin, əsasən, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldiyi bildirilib.  Qaçqınlar və məcburi köçkünlər üçün indiyədək 106 qəsəbənin salındığı,  300 mindən çox məcburi köçkünə yeni ev və mənzillərin verildiyi qeyd edilib.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın  qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Həmçinin özəl sektorun da bu sahədə dövlət siyasətinə dəstək verdiyi, yeni yaşayış kompleksləri inşa etdiyi bildirilib .

 

Dövlət Komitəsinin sədri israilli jurnalistin suallarını cavablandırıb. 

 

Larri Luksner səmimi görüşə görə təşəkkürünü bildirib. Bundan öncə də Azərbaycanda səfərdə olduğunu deyən qonaq paytaxt Bakının sürətlə dəyişdiyini və müasirləşdiyini  qeyd edib. O, həmçinin qaçqınlar və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin təqdirəlayiq olduğunu da vurğulayıb.

 

Daha sonra israilli jurnalist Larri Luksner Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində və məktəbdə vəziyyətlə tanış olub, məcburi köçkünlərlə müsahibə xarakterli söhbət edib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib