"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1837
Dövlət Komitəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri ilə görüş olub
Görüşlər 10 Sentyabr, 2019

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov sentyabrın 10-da ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi, bu problemin idarə edilməsi sahəsində əldə olunmuş təcrübə barədə qonağa ətraflı məlumat verilib.

 

Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistanın bir milyondan çox azərbaycanlının beynəlxalq sənədlərdə təsbit edilmiş əsas hüquqlarını pozması faktına dünya ictimaiyyətinin laqeyd münasibəti təəccüb və təəssüf hissi doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə qarşı törədilən cinayətlərə və hüquqpozmalara görə Ermənistana qarşı təsirli tədbirlər görməlidir. Görüşdə bu məhkəmənin Ermənistanın silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərar qəbul etdiyi xatırladılıb.

 

Qeyd olunub ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində dövlət proqramı icra olunur. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, yeni mənzillərlə birinci növbədə təmin olunurlar. İndiyədək 300 minə yaxın qaçqın və məcburi köçkün üçün müasir tipli və bütün zəruri infrastrukturla təchiz olunmuş 105 qəsəbə salınıb, bu məqsədlə yeni yaşayış komplekslərinin inşası davam etdirilir.

 

Səmimi görüşə görə öz təşəkkürlərini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.

 

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini ispaniyalı jurnalistə müsahibə verib
28 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
22 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib
21 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib