"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1956
Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil
Görüşlər 10 İyul, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə iyulun 9-da Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.


Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.


Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb. Xatırladılıb ki, BMT-nin ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin qaçqın və məcburi köçkün probleminin həlli sahəsində sistemli dövlət siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü iş aparıldığı, bu sahəyə cavabdeh olan Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildiyi, məsuliyyətinin daha da artırıldığı diqqətə çatdırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərinin, Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələrin mühüm əhəmiyyət daşıdığı bildirilib.


Tədbirdə Azərbaycanda qaçqınlıq və köçkünlük probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səylər xatırlanıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq ifadə olunub. Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsinin vacibliyi vurğulanıb. Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdış proqramının icrasına başlanılacağına inam ifadə olunub.


BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai beynəlxalq qurumun təmsilçilərinin bölgəyə səfərini ölkəmizdəki qaçqınlara və məcburi köçkünlərə diqqətin təzahürü kimi səciyyələndirib. O, Azərbaycanın inkişaf etmiş ölkə kimi bu kateqoriyadan olan insanların probleminin həllində dünyaya nümunə göstərdiyini qeyd edib, onların çadır düşərgələrindən yeni və rahat mənzillərə köçürülməsinin, hökumətin bu sahədəki fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək verəcəyi vurğulanıb.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 1995-1997-ci illərdə də Azərbaycanda çalışdığını, o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu xatırladıb. Həmin dövrdə Ali Komissarlığın 10 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyini qeyd edən diplomat bu sahədə Azərbaycan hökumətinin fəaliyyətinin, ölkənin artan sosial-iqtisadi imkanlarının bu problemlərin həllinə yönəldilməsinin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, bugünkü görüş BMT təsisatlarının məcburi köçkünlərin hazırkı dövrdə ehtiyaclarını öyrənmələrinə və gələcək fəaliyyətlərini buna uyğun qurmalarına kömək edəcəkdir.
Məcburi köçkün İlqar Qasımov deyib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: “Burada dövlət tərəfindən mənə ev verilib, yaşamaq üçün lazımi şərait yaradılıb. Ancaq mən doğma torpağımı istəyirəm. Biz məcburi köçkünlər münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmasını, işğal altındakı torpaqlarımızın azad edilməsini gözləyirik”.


Səfər çərçivəsində, həmçinin BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim keçib. Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

 

 

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib