"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2223
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Görüşlər 23 May, 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 23-də Zaqatala rayonunda vətəndaşları qəbul edib.

 
Qəbulda Zaqatala və Balakəndə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların müraciətləri, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

 

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Bu il aprelin 1-dən vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması da məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür. Paytaxtda və bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

 
Qeyd olunub ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Qəbulda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də iştirak edib.


Həmçinin qeyd edək ki, mayın 23-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oğuz və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünləri Oğuzda, sədr müavini Sabir Əhmədov isə Şəki şəhərində və Qax rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri Şəkidə qəbul ediblər.

 

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib