"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1886
Vətəndaşların növbəti qəbulu keçirilib
Görüşlər 08 Yanvar, 2019

Yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları vətəndaşları qəbul ediblər. Qəbula gələnlərin əksəriyyəti, həmişəki kimi, əsasən məcburi köçkün vətəndaşlar olublar. Onlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşlara bildirilib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların normal şəraitlə təmin edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb. Bu məqsədlə yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlər onu göstərir ki, heç bir məcburi köçkün ailəsi dövlətin diqqət və qayğısından kənarda qalmayacaq. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıtda ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Yeni ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib