"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1722
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Görüşlər 13 Noyabr, 2018

Noyabrın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Qəbulu komitənin rəhbərliyi və məsul əməkdaşları aparıblar. Komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub. Məcburi köçkünlərə məlumat verilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası təmin edilir, məcburi köçkünlərin mənzil problemi ilə yanaşı, məşğulluğunun da təmin edilməsi üçün mühüm addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıq icra edilir. Bundan başqa, mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, yeni mənzillərə köçürülmə mərhələli şəkildə aparılır. Öncə ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Dövlət Komitəsi sədrinin vətəndaş qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir. Qəbula gəlmək istəyənlərin müraciətləri əvvəlcədən növbəlilik prinsipi əsasında qeydə alınır.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib