"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2015
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Görüşlər 09 Oktyabr, 2018

Oktyabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi şəkildə qəbul edilib, müraciətləri dinlənilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil, qeydiyyat, vahid aylıq müavinət məsələləri ilə bağlı olub. Məcburi köçkünlər öz problemləri barədə məlumat verməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildiriblər. Sosial problemlərinin həlli ilə əlaqədar Dövlət Komitəsinin sədrinə müraciət edən məcburi köçkünlərə bir daha məlumat verilib ki, onlarla bağlı məsələ Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşasına şəxsən nəzarət edir. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcəkdir.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib