"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1959
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Görüşlər 25 Sentyabr, 2018

Sentyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Əvvəlcədən qəbula yazılmış vətəndaşlara Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri ilə görüşmək, onlara öz müraciətlərini çatdırmaq imkanı yaradılıb. Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil məsələsi ilə bağlı olub. Məcburi köçkünlər öz problemləri barədə məlumat vermək, arzu və istəklərini ifadə etməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildirib, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdikləri çətinliklərin tezliklə aradan qaldırılacağına inandıqlarını deyiblər. Müharibənin nəticələrindən əziyyət çəkən vətəndaşlara bir daha izah edilib ki, onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir. Digərlərinin yeni mənzillərlə təmin edilməsi məsələsi isə mərhələli şəkildə həll olunmaqdadır. Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcəkdir.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib