"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1454
“Fuji” humanitar missiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
Görüşlər 10 İyul, 2018

İyulun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Komitəsinin sədri Yaponiyanın ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirərək, humanitar missiyanın fəaliyyətinin xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın bu missiyadan davamlı olaraq faydalandığı razılıq hissi ilə qeyd edilib. Qonaqlara məlumat verilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bu sahədə məqsədyönlü, düşünülmüş siyasət aparır, mühüm dövlət proqramları icra edilir. Birinci vitse-prezident Mehriban Əliyeva yaşayış üçün təhlükəli binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin edilməsi məsələsinə xüsusi diqqət göstərir. Görüşdə “Fuji” humanitar missiyasının qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə göstərdiyi optometrik xidmətlərə görə təşəkkür edilib. Qeyd olunub ki, missiyanın həyata keçirilməyə başladığı 2005-ci ildən bu günə kimi 54 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 28 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2500-dək insanı müayinə edib. Eyni zamanda, Akio Kanainin Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı olan “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülməsi və mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə kömək məqsədilə ayrılması məmnunluqla xatırlanıb. Akio Kanai Azərbaycanda məcburi köçkünlər üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. Akio Kanai missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib. Görüşdə, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə ali komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso ilə tanışlıq olub. Diplomat 1995-1997-ci illərdə də ölkəmizdə çalışdığını bildirib. O, ötən dövr ərzində Azərbaycanda baş vermiş dəyişiklikləri, inkişafı yüksək qiymətləndirib. Xüsusilə məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən layihələrin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Rövşən Rzayev Quido Ambrosoya fəaliyyətində uğurlar arzu edib. Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib