"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 990
Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
Görüşlər 25 Dekabr, 2025

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə BMT və onun ixtisaslaşmış qurumları ilə uzunmüddətli əməkdaşlığın ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük probleminin yaratdığı çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətdə də daim prioritet istiqamətlərindən olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyətində də bu kateqoriyadan olan  xüsusi insanlara diqqət və qayğı göstərilməsi mühüm yer tutub. 

Vladanka Andreyevanın ölkəmizdə öz missiyasını dövlətimiz və xalqımız üçün çox əlamətdar bir dövrdə uğurla yerinə yetirdiyi vurğulanıb. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində məcburi köçkünlərin doğma yurd yerlərinə geri dönüşü başlayıb və Böyük Qayıdışa dair I Dövlət Proqramı icra edilir. Azərbaycan hökumətinin qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə aparılmasını təmin etmək üçün gördüyü tədbirlərin, Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslı bərpa-quruculuq işlərin beynəlxalq miqyasda maraqla qarşılandığı vurğulanıb. Eyni zamanda, həmin ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin hələ də qaldığı, beynəlxalq təşkilatların bu təhlükənin aradan qaldırılması sahəsində ölkəmizlə davamlı əməkdaşlığının vacibliyinə toxunulub.

Vladanka Andreyevanın BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi kimi fəaliyyəti dövründə Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründə BMT təsisatları ilə tərəfdaşlığın daha da dərinləşdiyi, qaçqınların və məcburi köçkünlərlə bağlı humanitar və inkişaf yönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi bildirilib.

Komitə sədri Rövşən Rzayev Vladanka Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə göstərdiyi səmərəli əməkdaşlığa və verdiyi töhfələrə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, Vladanka Andreyeva səmimi qəbula və ölkəmizdəki fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, Azərbaycanda qazandığı təcrübənin gələcək fəaliyyəti üçün önəmli olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqla maraq doğuran bir sıra məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb. 

 

28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib