"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 834
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
Görüşlər 03 Dekabr, 2024

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Danimarkanın “Seismo” media qurumunun jurnalistləri John Nielsen Nuovo Praestegaard və Julius Christiansenlə görüşüb. Görüşün məqsədi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, postmünaqişə dövrü və keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı hazırlanacaq məqalələr üçün müsahibənin alınmasıdır. Komitə sədri qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti, onun tarixi kökləri, bu siyasətin səbəb olduğu qaçqın və məcburi köçkün problemi, nəticədə soydaşlarımızın məruz qaldığı məhrumiyyətlər haqqında ətraflı məlumat verib.  Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, bir qrupu isə çadır şəhərciklərində çətin və ağır şəraitdə məskunlaşıb. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir standartlara cavab verən yaşayış kompleksləri tikilib-istifadəyə verilib. Buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər var. Hər bir məcburi köçkün dövlətin maddi rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə kimi sosial xidmətləri özündə əks etdirən güzəşt və imtiyazlarından yararlanır. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Buna baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olur. Jurnalistlər səmimi söhbətə görə təşəkkür edib, səfərin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb. Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 

 

 

07 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş görüş keçirilib
04 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb
27 Oktyabr, 2025 / Görüşlər Kürdəmirdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Oktyabr, 2025 / Görüşlər PA nümayəndəsi Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
08 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
07 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2025 / Görüşlər Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
09 Sentyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Sentyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Avqust, 2025 / Görüşlər Daşkəsəndə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
22 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsinin əməkdaşlarının İnformasiya Texnologiyaları sahəsində bilikləri artırılacaq
19 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
05 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 İyul, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib