"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3036
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
Görüşlər 16 Oktyabr, 2024

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşüb. Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin təhsil problemlərinin həllini daim diqqətdə saxladığını, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin, xüsusən, Heydər Əliyev Fondunun icra etdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan komitə sədri Böyük Qayıdış prosesində də təhsillə bağlı məsələlərin hərtərəfli əhatə olunduğunu bildirib. Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir. Onların davamlı təhsil alması üçün həmin yerlərdə təhsil müəssisiləri tikilib istifadəyə verilib və fəaliyyətə başlayıb. İstər Böyük Qayıdış çərçivəsində əvvəlki daimi yaşayış yerlərinə qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan ailələrin övladlarını müasir səviyyədə təhsil almasında ictimai dəstəyin vacibliyi qeyd edilib. Görüşdə çıxış edən “Baku Design Academy”nin rəhbəri, həmçinin Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib. Tədbirdə bildirilib ki, maarifləndirmə proqramı vasitəsi ilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq. Gənclərin təhsili və inkişafı məqsədi ilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, İT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq. Görüşdə doğma yurda qayıtmış və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin təhsilinə “Facemark” şirkətinin KOBSKA ilə birlikdə dəstək vermək təşəbbüsü təqdir edilib və Dövlət Komitəsinin bu təşəbbüsü dəstəklədiyi, onun uğurla həyata keçirilməsində kömək etməyə hazır olduğu bildirilib. 

 

 

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib