"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3214
Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
Görüşlər 09 Oktyabr, 2024

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad edilmiş rayonlardan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan bir qrup gənclə görüşüb. Azərbaycanda təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xatırladılaraq, Prezident İlham Əliyevin bu sahədə mükəmməl dövlət siyasəti həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da gənclərin özünü inkişaf proqram və layihələrinin icrasına xüsusi diqqət ayırdığı vurğulanıb. Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb. Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar. Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər. Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər. Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

 

29 May, 2025 / Görüşlər İsmayıllıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
13 May, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 Aprel, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
22 Aprel, 2025 / Görüşlər Vətəndaşların qəbulu keçirilib
21 Aprel, 2025 / Görüşlər Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
15 Aprel, 2025 / Görüşlər Vətəndaşların Böyük Qayıdışa dair müraciətləri dinlənilib
08 Aprel, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
18 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
13 Mart, 2025 / Görüşlər Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
11 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
25 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
24 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib
18 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
11 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
30 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
28 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib