"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1850
Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
Görüşlər 30 Sentyabr, 2024

Azərbaycan Respublikası Qaqçınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş "Magyar Hirlap" (Macarıstan) qəzetinin və eyniadlı saytın redaktoru Jolt Sütyo Nad, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti və BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Cumayev ilə görüş olub. Görüşdə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak edib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına diqqət və qayğı göstərir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, cəmiyyətin digər həssas qrupları kimi, onların da problemlərinin həllinə daim xüsusi qayğı ilə yanaşır.  Qeyd olundu ki, 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbə, torpaqlarımızın işğaldan azad edilməsi uzun illərdir didərginlikdən əziyyət çəkən həmvətənlərimizin həyatından yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə Böyük Qayıdış başlanıb. Keçmiş məcburi köçkünlərin doğma yurda böyük həvəslə geri döndükləri, dövlətimizin onlar üçün yaratdığı şəraitdən razı qaldıqları, onların könüllü, təhlükəsiz, ləyaqətli qayıdışının təmin edildiyi vurğulanıb. Çoxsaylı sualları cavablandırılan qonaqlar səmimi görüş və ətraflı məlumat üçün minnətdarlıq bildiriblər.

 

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib