"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 656
Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
Görüşlər 23 Sentyabr, 2024

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 23-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Goranboy, Naftalan və Xocalı rayonlarının sakinləri iştirak ediblər. Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışla bağlı məsələlər üstünlük təşkil edib.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini ispaniyalı jurnalistə müsahibə verib
28 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
22 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib
21 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
20 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
06 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 İyul, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların növbəti qəbulunu keçirib
25 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində italiyalı memarla görüş olub
24 İyul, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib