"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1889
Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib
Görüşlər 22 Avqust, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətində Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, “Hymy” jurnalının redaktor müavini Antero Eerola, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso təmsil olunub. Görüşdə Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova da iştirak edib.

Komitə sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın üzləşdikləri çətinliklər, onların problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərə qayıdışın gedişi və perspektivləri barədə məlumat verib. Prezident İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə böyük qayğı göstərdiyi, onların yaşayış şəraitinin yaşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər gördüyü vurğulanıb, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların problemlərinin həllinə daim dəstək göstərdiyi qeyd edilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunduğu, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə indiyədək 8 min nəfərin köçürüldüyü barədə də qonaqlar məlumatlandırılıb. Həmin ərazilərdə işğal dövründə ermənilərin yerləşdirdiyi mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin qayıdışa ciddi maneə olduğu da diqqətə çatdırılıb.

Helsinki universitetinin professoru Jan Erik Enestam verilən məlumatlar üçün minnətdar olduğunu, Azərbaycana səfər etməkdən məmnunluq hissi keçirdiklərini bildirib. O, ölkəmizdə ikinci dəfədir qonaq olduğunu, 1980-ci illərlə müqayisədə əsaslı dəyişikliklərlə qarşılaşdığını, ölkəmizdəki inkişafın və tərəqqinin bütövlükdə nümayəndə heyətini təccübləndirdiyini vurğulayıb. Finlandiyalı qonaq məcburi köçkünlüyün onun ölkəsinin də tarixində yaşandığını, Azərbaycanın təcrübəsinin daha çətin və məsuliyyətli, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin həcminin isə təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib