"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2033
Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
Görüşlər 19 Avqust, 2024

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 19-da  Bərdə rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Bərdə və Ağdam rayonlarının sakinləri iştirak ediblər. Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışla bağlı məsələlər üstünlük təşkil edib.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

01 İyul, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2025 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
24 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 İyun, 2025 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
10 İyun, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
03 İyun, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 May, 2025 / Görüşlər İsmayıllıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
13 May, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 Aprel, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
22 Aprel, 2025 / Görüşlər Vətəndaşların qəbulu keçirilib
21 Aprel, 2025 / Görüşlər Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
15 Aprel, 2025 / Görüşlər Vətəndaşların Böyük Qayıdışa dair müraciətləri dinlənilib
08 Aprel, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
18 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
13 Mart, 2025 / Görüşlər Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
11 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib