"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2123
Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub
Görüşlər 09 Oktyabr, 2023

Oktyabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Manfred Profazi və təşkilatın ölkəmizdəki nümayəndəliyinin müvəqqəti rəhbəri Amr Taha ilə görüşüb.

 

Görüşdə qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib, bu kateqoriyadan olan vətəndaşlara Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərdiyi, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim həssaslıqla yanaşdığı və təsirli dəstək verdiyi bildirilib.

 

44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının başlandığı və prosesin daha da sürətləndirilməsi üçün tədbirlər görüldüyü vurğulanıb, qonaqlara bu sahədə görülən işlər barədə məlumat çatdırılıb. Qeyd olunub ki, Azərbaycan dövləti məcburi köçkünlərin beynəlxalq prinsiplər əsasında – könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşünü təmin etmək üçün zəruri tədbirlər həyata keçirir. Bu məqsədlə 2026-cı ilədək dövrü əhatə edən xüsusi Dövlət Proqramı qəbul edilib və uğurla icra olunur. İndiyədək 2 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qaydışı təmin edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.

 

Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dəstək tədbirlərini məmnunluqla xatırlayıb. Diqqətə çatdırıb ki, BMqT-nin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə, eyni zamanda işğaldan azad olunmuş Cəbrayılda mühüm su mənbələrindən olan kəhrizlərin bərpasına, həmçinin icma fəaliyyətlərinə dəstək tədbirləri xüsusi ilə təqdirəlayiqdir.

 

BMqT-nin regional direktoru Manfred Profazi səmimi qəbula görə təşəkkür bildirib, Dövlət Komitəsi ilə əməkdaşlığın bundan sonra səmərəli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.  

 

Görüşdə BMqT-nin cari fəaliyyətləri və qarşılıqlı maraq doğuran gələcək təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə Dövlət Proqramı ilə bağlı məsələlər müzakirə edilib.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib