"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 390
Dövlət Komitəsində beynəlxalq ekspertlərlə görüş keçirilib
Görüşlər 19 Sentyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi xanım Bik Lum və Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) ekspertləri ilə görüşüb.

Görüşdə qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar,  Böyük Qayıdış proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva  onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf  məsələlərinin həllini daim diqqətdə saxlayır.

Qeyd olunub ki, komitə beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışı üçün dövlət tərəfindən qarşısına qoyulan vəzifələri icra edir. Bu günədək 2 mindən çox məcburi köçkünün doğma yurdlarında dayanıqlı məskunlaşması təmin edilib. Böyük Qayıdış zamanı məcburi köçkünlərin ehtiyaclarının və potensialının qiymətləndirilməsi üçün müvafiq tədbirlər görülür, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də fəaliyyətin düzgün qurulmasına öz töhfəsini verəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi xanım Bik Lum bildirib ki, beynəlxalq təşkilatların qurumlararası orqanı olan Məcburi Köçkünlərin Profilləşdirilməsi üzrə Müştərək Xidmətinin (JİPS) 2 eksperti 17-27 sentyabr 2023-cü il tarixlərində Dövlət Komitəsində fəaliyyət göstərəcək, komitənin əməkdaşları ilə birlikdə, beynəlxalq təcrübə əsasında, daxili köçkünlüklə bağlı mövcud məlumatların idarə edilməsi, onlardan istifadənin yaxşılaşdırılması və  yeni potensial yaradılması üzrə real, qısa, orta və uzunmüddətli tövsiyələr hazırlayacaqlar. Əldə edilən nəticələr Dövlət Komitəsi, BMT QAK və JIPS arasında gələcək potensial layihənin əsasını təşkil edəcək. Ekspertlər Dövlət Komitəsinin müvafiq struktur bölmələri ilə də görüşlər keçirəcək.

Görüşdə ekspertlərin çoxsaylı sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

29 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xocalı sakinləri ilə görüş keçirilib
27 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
26 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
12 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalistlə görüş olub
05 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
29 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib
08 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalist və media eksperti ilə görüş keçirilib
01 Avqust, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 İyul, 2023 / Görüşlər Dövlət Komitəsi AzQAC və IFRC arasında niyyət sazişi imzalanıb
25 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 İyul, 2023 / Görüşlər Dövlət Komitəsində İctimai Şuranın üzvləri ilə görüş keçirilib