"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2874
Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
Görüşlər 13 Sentyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanadadan ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar,  Böyük Qayıdış proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva  onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf  məsələlərinin həllini daim diqqətdə saxlayır.

 

Bildirilib ki, beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının həyata keçirilməsi hazırda dövlətin qarşısında duran mühüm vəzifədir. 30 ilə yaxın müddətdə işğal altında qalmış və yaşayış məntəqələrinin əksəriyyəti tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparılır. İrimiqyaslı layihələrin icrası soydaşlarımızın doğma yurdlarında dayanıqlı məskunlaşmasına imkan yaradır. Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Tərtərdə bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib. Onların köçürülməsi Dövlət Komitəsi tərəfindən icra olunur. Diqqətə çatdırılıb ki, aparılan sorğuların nəticəsinə əsasən, məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmaq əzmindədir.

 

Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya verilən ətraflı məlumatlara görə təşəkkür edib. Bildirib ki, Kanada da qaçqınlara dəstək olan ölkədir, əsasən, Asiya və Afrikadan gələn qaçqınlar qəbul edilir. Çandra Arya Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün çox yaxşı imkanlar yaradıldığını, bunun dövlətin məcburi köçkünlərə diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, onların sülh şəraitində doğma yurdlarına qayıdışı mühüm hadisədir.  

 

Görüşdə Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyatının direktoru Ron İst və Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva da iştirak edib.

 

Sonra qonaqların çoxsaylı sualları cavablandırılıb.

 

Səfər çərçivəsində qonaqların işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulub. 

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib