"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 318
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
Görüşlər 17 May, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 17-də Sumqayıt şəhərində  vətəndaşları qəbul edib.

 

Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayon sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti məcburi köçkünlər olub.

 

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

08 Dekabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Dekabr, 2023 / Görüşlər Dövlət Komitəsində səfirlə görüş keçirilib
07 Dekabr, 2023 / Görüşlər Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
28 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Sus sakinləri ilə görüş keçirilib
27 Noyabr, 2023 / Görüşlər Məcburi köçkünlər üçün qrant layihəsi icra edilir
22 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib
21 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri fransalı jurnalistlə görüşüb
30 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Xankəndi sakinləri ilə görüşüb
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində MMA üzrə dünya çempionu olmuş məcburi köçkün yeniyetmə və onun məşqçisi ilə görüş keçirilib
24 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı alimlə görüş olub
12 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xankəndi sakinlərinin bir qrupu ilə görüş olub
09 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub
04 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində İctimai Şura üzvləri ilə görüş keçirilib