"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 936
Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
Görüşlər 15 May, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Belçikada fəaliyyət göstərən siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussua ilə görüşüb.

 

Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində doğma yurd-yuvasından qovulmuş 1 milyondan çox qaçqın və məcburi köçkün haqqında məlumat verilib. Bildirilib ki, işğalın ilk illərində respublikanın müxtəlif bölgələrində yerləşən obyektlərdə çətin və qəzalı şəraitdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 116 qəsəbə salınıb, 320 mindən çox məcburi köçkün yeni mənzillə təmin edilib. Lakin buna baxmayaraq, hələ də qəzalı və ağır şəraitdə yaşayan ailələr var ki, onların da əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşıb.

 

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan soydaşlarımızın problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşıb. Hazırda isə dövlətin qarşısında məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə durur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbədən sonra soydaşlarımızın doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkan yaranıb. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə uyğun qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən zəruri tədbirlər görülür, irimiqyaslı layihələr həyata keçirilir. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işlərinin intensiv aparılmasına baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir.

 

Məcburi köçkünlərin doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmin edilməsi dövlətin diqqət mərkəzindədir. Bu günədək 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. İlin sonunadək Şuşa şəhəri, Laçın və Zəngilan rayonlarına məcburi köçkünlərin köçürülməsi həyata keçiriləcək.

 

Belçikada fəaliyyət göstərən siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussua işğaldan azad olunmuş ərazilərə səfər etdiyini və burada işğal dövründə baş vermiş dağıntıları və hazırda aparılan bərpa-quruculuq işlərini müşahidə etdiyini deyib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonağı maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib