"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 550
Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
Görüşlər 07 Aprel, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 7-də Şamaxı rayonunda  vətəndaşları qəbul edib.

 

Qəbulda Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

 

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

26 İyul, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların növbəti qəbulunu keçirib
25 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində italiyalı memarla görüş olub
24 İyul, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
19 İyul, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların növbəti qəbulunu keçirib
17 İyul, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
16 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 İyul, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edib
10 İyul, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
09 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 İyul, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların növbəti qəbulunu keçirib
03 İyul, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
02 İyul, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 İyun, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 İyun, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib
04 İyun, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 May, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib
22 May, 2024 / Görüşlər Dövlət Komitəsində amerikalı qonaqlarla görüş keçirildi
21 May, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 May, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib