"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 878
Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
Görüşlər 28 Mart, 2023

Martın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasında yaşayan, beynəlxalq "i24 News” TV-nin əməkdaşı, "Club des Reporters" verilişinin aparıcısı, "Bastille" va "Hémicycle" jurnallarının yazarı, "BFM” TV-nin və "France Bleu" radiokanalının spikeri Maykl Darmonla görüşüb.

 

Ölkəmizdə qaçqın və məcburi köçkün probleminin yaranmasının səbəbləri, bu sahədə  həyata keçirilən dövlət siyasəti barədə qonağa ətraflı məlumat verilib. Emənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyü, ciddi məhrumiyyətlərlə üzləşdiyi vurğulanıb. Qeyd edilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra məcburi köçkünlərin doğma yurdlarına beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasına imkan yaranıb. Həmin ərazilərdə onların müasir tələblərə cavab verən yaşayış şəraiti ilə təmin olunması üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi, bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına üstünlük verildiyi qeyd edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərində bərpa-quruculuq işlərinin aparıldığı, artıq həmin yaşayış məntəqələrində 510 məcburi köçkünün daimi məskunlaşdırıldığı, bununla belə, Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalamasının Böyük Qayıdış prosesini ləngitdiyi bildirilib.

 

Maykl Darmon səmimi söhbətə görə təşəkkür edib, səfərinin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb. Fransalı jurnalist səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcəyini bildirib.

 

Dövlət Komitəsinin sədri qaçıqnlar və məcburi köçkünlərlə əlaqədar onu maraqlandıran bütün məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib